24/10/2020 18:10
728 x 90

Bütün millət və dinlərdən olan vətəndaşlarımızın Azərbaycan dövlətçiliyinə ümumi dəstəyinin kökü...

Fatimə Hacıbəyli: “...dövlətçiliyə töhfələr verirlər”

img

Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir, xalqımızın siyasi varlığında dövlətçilik mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dövlətçilik ənənələrinin tarixi 5 min il əvvəllərə gedib çıxır.

Azərbaycan ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl, IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranmışdı. Ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Güclü xarici siyasət yürüdən qədim Azərbaycan dövlətləri regionda öz qüdrətilə fərqlənən siyasi qurum kimi çıxış edirdilər. Tarixi Azərbaycan torpaqlarında yaranan dövlətçilik ənənələri inkişaf etdi, daha da yüksəldi, yeni-yeni dövlətlərin yaranmasına səbəb oldu. Bu dövlətlər vahid xalqın - Azərbaycan xalqının təşəkkülü prosesində həlledici rol oynadılar.

Tarixi təcrübə göstərir ki, başqa din mənsublarına qarşı təzyiq göstərmək, islami dözümsüzlük bir xeyir vermir. Azərbaycanda tarixən insanlar arasında dini inanc, milli maraqlar baxımından nümunəvi tolerantlıq mədəniyyəti var. Bu, islami inancından irəli gəlir, onun köklərindən qaynaqlanır.

  • “Ölkəmizdə yaşayan başqa millətlərin nümayəndələri sərbəst şəkildə istədikləri işlə məşğul ola bilərlər

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, Azərbaycanda bütün millətlərdən və dinlərdən olanlar dövlətçiliyə  töhfələr verirlər. Onlar vətənin müdafiəsi istiqamətində silsilə işlər görürlər. Həmçinin, Azərbaycanda qalaraq özlərini vətəndə hiss etdikləri üçün biznes və digər sahə ilə sərbəst şəkildə məşğul olurlar. Azərbaycanda tarixən yaşayan etnik qruplar artıq “azərbaycanlı” anlayışına daxildirlər: “Onlar yüzillərdən bəri Azərbaycan türkləri ilə eyni dili və mədəniyyəti mənimsəyiblər. Bu eyniyyət məqamı həddindən artıq çox olduğu üçün ayrılmaq elementləri nəzərə çarpmır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, ölkəmizdə yaşayan başqa millətlərin nümayəndələri sərbəst şəkildə istədikləri işlə məşğul ola bilərlər. Bura biznes, maliyyə, mədəniyyət, idman və digər sahələr daxildir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə bütün millətlərin nümayəndələrinə tolerant yanaşılır.

Günel CƏLİlOVA

Son xəbərlər