22/10/2020 14:19
728 x 90

“Paşinyan imtiyazlı cinayətkarları niyə himayə edir” – erməni mediası yeni hücumda...

Seyid Camal Əzimbəyli: “Paşinyan həqiqətən də cinayətkarları...”

img

Ermənistanın Baş nazir Nikol Paşinyanla bağlı proqnozlar və ehtimallar özünü doğrultmaq üzrədir. Demək olar, hər gün aksiya, etirazlar yaşanır, siyasi gərginlik güclənir. Bundan əlavə, mediada da Paşinyan əleyhinə saysız-hesabsız kompromat xarakterli materialın dərci səngimir. Bütün bunlar da qarşıdakı günlər və aylarda Nikol üçün yaxşı heç nə vəd etmir.

Baş nazir də bunları gözəl anlayır və diqqəti yayındırmaq üçün hər cür addımlar atır. Gah populist bəyanatlar səsləndirir, gah da diqqəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı avantürist bəyanatlara yönəldir. Mövcud vəziyyət isə belədir ki, aksiya və etirazlar arta-arta gedir.

Ermənistanın “168.am” nəşri yazır ki, inqilabla gəlmiş hakimiyyət, faktiki olaraq, keçmişdə sahib olduğumuzdan daha pis canavara çevrilir: “Qondarma “inqilab” və Paşinyanın saxta reklamlarına baxmayaraq, ölkə geriləyib. Təhsildən şəhərsalmanın inkişafına qədər geriləmə baş verib. Kaskad adlanan ərazinin pilləkənlərindən qalxdıqda, pilləkənlərin sağ tərəfində şəhərsalma normalarının kobud şəkildə pozulduğu, 2019-cu ildə mövcud olmayan zövqsüz binaların inşasını dərhal görə bilərsiniz. İnqilabçı hakimiyyətin harada olduğunu, imtiyazlı cinayətkarlara nəyin müqabilində sponsorluq etdiyini, yaxud şəhərsalma qaydalarına məhəl qoymayan və şəhərin görünüşünü pozan fərdi evlərin inşaatçılarına niyə görə dözdüyünü başa düşmək lazımdır. Paşinyanın vədləri harada qaldı?”.

Belə görünür ki, Paşinyana bəslənən bütün ümidlər puç olub. Sanki Nikol nə varsa, onu pula satıb.

  • “Təbii ki, bu düşüncədə olan bir şəxs Ermənistanı irəli apara bilməz”

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xebar.com-la bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bütün bunlar, əslində, Paşinyanın əsl bandit olduğunu ortaya qoyur: “Məsələ ondadır ki, küçədən hakimiyyətə gələn Paşinyan ilk vaxtlar populistcəsinə islahatlar vəd edirdi. Belə təsəvvür yaratmağa çalışırdı ki, guya işşğalçı Ermənistanın bütün problemlərini yalnız o həll edə bilər. Ancaq çox keçmədi ki, bütün bunların hamısının boş vəd olduğu məlum oldu. Şəhərsalma qaydalarına belə əməl olunmursa, deməli, mövcud hakimiyyətin mahiyyəti korrupsiyadan ibarətdir. Əslində, Ermənistanın sosial-iqtisadi cəhətdən belə bərbad duruma düşməsi təəccüblü deyil. Ona görə ki, Paşinyan və onun ailəsinin adı bir sıra qanunsuz biznes fəaliyyəti ilə məşğul olmaqda hallanır. Erməni mətbuatında bu barədə dəfələrlə müxtəlif məlumatlar dərc olunur. Belə ki, Paşinyan qanunsuz olaraq silah, siqaret alveri ilə məşğul olaraq pul qazanır. Təbii ki, bu düşüncədə olan bir şəxs Ermənistanı irəli apara bilməz. Bunu artıq bizim mənfur qonşularımız olan ermənilər də anlayırlar. Bütün bunlar onu sübut edir ki, Paşinyan həqiqətən də cinayətkarları himayə edir. Ən azından, sözügedən faktlardan çıxış edərək bu qənaətə gəlməyə tam məntiqi əsas var”.

Ekspertin fikrincə, məlum proseslər Paşinyan hakimiyyətinin sonunu yaxınlaşdırır.

Vidadi ORDAHALLI

Son xəbərlər