Cümə günü, 23 oktyabr 2026
     

“Növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda gətirəcək” - Vüqar Rəhimzadə

Image


“Qarabağ” dayaq blokunun dənizə yola salınması ölkənin həyatında əlamətdar hadisədir. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan bu qurğunun istifadəyə verilməsi Azərbaycanın qüdrətini göstərir. Bu layihə bir daha təsdiqləyir ki, xarici neft şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə və potensialına marağı daha da artır. Bu hadisə Azərbaycanın enerji tarixində mühüm mərhələlərdən biri kimi xarakterizə olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev «Qarabağ» dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha belə bir reallığı diqqətə çatdırmışdır ki, əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, hətta öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra da bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaq”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlardan geniş bəhs edərək bildirib ki, bu sazişin imzalanması ilə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyulub, reallaşan neft-qaz layihələri əməkdaşlığın coğrafiyasını genişləndirməklə həm iştirakçı, həm də dünya dövlətlərinin davamlı iqtisadi inkişafına böyük töhfələr verir:”Ümummilli liderin Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəni iqtisadiyyatın inkişafında əsas faktor kimi qəbul etməsi uzaqgörən siyasətinin, eyni zamanda, bugünümüzə hesablanmış inkişaf strategiyasının göstəricisi idi. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi imkanları artmaqla yanaşı, eyni zamanda, siyasi mövqeyi günbəgün möhkəmlənir. Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artır. “Əsrin müqaviləsi”ndən sonra imzalanan onlarla neft və qaz sazişləri, Anlaşma Memorandumları da deyilənlərin təsdiqidir. Bu gün Azərbaycan həqiqətən də təşəbbüsləri gerçəkliyə çevirməklə dünyanın enerji xəritəsini dəyişir”.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin qeyd olunan müsahibəsində vurğuladığı kimi, 1994-cü ildən başlayaraq xarici neft şirkətləri Azərbaycana böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Bu əminlik də ifadə edilir ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək.

“Reallaşan layihələr yalnız region, qitə deyil, bütövlükdə Avrasiya üçün vacib layihələrdən hesab olunur” söyləyən V.Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin birinci şah əsəri kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin ardınca ikinci əsəri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi, üçüncü əsəri kimi dəyərləndirilən “Şahdəniz” yatağının kəşf edilməsi və sair kimi bir-birindən mühüm uğurlar Azərbaycanın dünyanın enerji xəritəsinə əlavələr etməsini şərtləndirdi. 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyununda TANAP-ın istifadəyə verilməsi, bu il istifadəyə verilməsi nəzərdə tutulan TAP Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasına yol açır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Cənab Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır» söyləyərək bütün yataqlarda işlərin məqsədyönlü şəkildə həyata keçirildiyini, bir layihənin uğurlu sonluqla başa çatmasının o biri layihəni şərtləndirdiyini xüsusi vurğulamışdır. Təbii ki, düzgün müəyyənləşdirilən siyasət, gələcəyə hesablanmış addımların səmərəli icrası ölkəyə böyük uğurlar qazandıracaq. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Neft Fondunun yaradılmasında da məqsəd ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə nəticəsində əldə olunan gəlirlərin ölkənin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin icrasına yönəltməkdir. Ümummilli Lider bildirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Bir sözlə, 1994-cü ildən neft strategiyasının uğurlu icrası nəticəsində əldə olunan inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür, həm də bütün bunlar statistik rəqəmlərdə öz əksini tapıb. Ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya yatırılıb. Ölkəmizin valyuta ehtiyatları 52 milyard dollardan artıqdır. Son 17 ildə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun, bölgələrin inkişafı nəticəsində 2 milyondan artıq yeni iş yeri yaradılıb. Ölkəmizdə yoxsulluq həddi 49 faizdən 4,8 faizə, işsizliyin səviyyəsi 5 faizə enib. İqtisadi inkişafın ölkənin, eyni zamanda, insanların həyatında öz əksini tapması, daim yeniləşməyə, yeni-yeni hədəflərin gündəmə gətirilməsinə yol açır”.

V.Rəhimzadə qeyd edib ki, 1994-cü ildə 30 il müddətinə bağlanan müqavilənin əhəmiyyətini öncədən dəyərləndirən ulu öndər Heydər Əliyev bildirib ki, “Əsrin müqaviləsi”ni reallaşdırmaqla dünya iqtisadiyyatı üçün açıq ölkə olduğumuzu nümayiş etdirdik. “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması, əvvəlki kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması həmin fikirlərin təsdiqi, Azərbaycanın iqtisadi uğurlarının, ötən dövr ərzində beynəlxalq münasibətlər sistemində artan yeri və rolunun, etibarlı tərəfdaş kimi nüfuzunun möhkəmləndirməsinin təqdimatı oldu.

“İki sahil” qəzetinin baş redaktoru bu mühüm məqamı da xüsusi qeyd edib ki, neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən SOCAR-ın adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir:”Qarabağ” dayaq blokunun dənizə yola salınması da SOCAR-ın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. SOCAR-ın “BOSS Şelf” şirkəti tərəfindən tikilmiş, Azərbaycanın ən zəngin karbohidrogen mənbələrindən biri olan “Qarabağ” yatağında neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan eyniadlı dayaq bloku texnoloji baxımdan nəhəng və mürəkkəb qurğudur. “Qarabağ” dayaq blokunun dənizə yola salınması onu göstərir ki, artıq Azərbaycan şirkətləri beynəlxalq səviyyədə iş aparmaq gücünə malikdir.

V.Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, ölkəmizdə bütün neft-qaz layihələri uğurla icra edilir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq. Enerji layihələrinin uğurlu icrası nəticəsində əldə olunan vəsaitlərin şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondu tərəfindən düzgün istiqamətləndirilməsi fonunda ölkəmizin davamlı inkişafı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi təmin ediləcək. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ