Cümə günü, 23 oktyabr 2026
     

Ermənistanda 100 il əvvəl “öldürülmüş “Sevr” müqaviləsinin dirildilməsinə” Prezident, Baş nazir, akademiya qoşulub...

Image


Xalqımızın gözəl bir məsəli var: “ölən dirilməz”. Amma Ermənistan rəsmiləri və Elmlər Akademiyası “yüz ilin ölüsünə can vermək” eşqinə düşüblər. Söhbət Birinci Dünya Müharibəsindən sonra, 1920-ci il avqustun 10-da 13 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Fransada bağlanan “Sevr” müqaviləsindən gedir. Ermənilər qanuni şəkildə heç bir vaxt qüvvəyə minməyən və heç bir Antanta dövləti tərəfindən ratifkasiya edilməyən “Sevr” müqaviləsinin 100 illiyini qeyd edirlər.

Ermənitsan Prezidenti Armen Sarkisyan xarici mətbuat orqanlarına verdiyi müsahibədə cəfəng fikirlər səsləndirib, bildirib ki, “Sevr” müqaviləsindən əvvəl, 1920-ci ilin fevral-aprel aylarında guya Londonda “birləşmiş Ermənistan dövlətinin yaradılması barədə siyasi qərar verilib”. “Sevr” müqaviləsinin heç zaman təsdiqlənmədiyini də deyən Sarkisyan utanmadan “Sevr” müqaviləsi qanuni, dövlətlərarası və faktiki etibarlı bir sənəddir” deyib.

Heç bir dövlət tərəfindən ratifikasiya edilməyən bir müqavilə necə qanuni “sənəd” ola bilər ki?

Sarkisyanın ardınca isə Ermənistan Milli Elmlər Akademiyasında “Sevr” müqaviləsinin 100 illiyinə həsr olunan tədbirdə bu ölkənin Baş naziri, siyasi və tarixi savadsızlığı ilə dünyada ad çıxaran Nikol Paşinyan danışıb. “Sevr” müqaviləsinin 89-cu maddəsinə “xüsusi diqqət” yetirən Paşiyan deyib ki, bu bənd “erməni xalqının min illər boyu erməni xalqının doğulduğu (?), yaşadığı (?) və dövlətçilik və mədəniyyət yaratdığı erməni yüksəklikləri ilə danılmaz tarixi əlaqəsini bərqərar etdi və möhkəmləndirdi” (?).

Paşinyan onu da deyib ki, “Sevr” müqaviləsi heç vaxt yerinə yetirilməməsinə baxmayaraq, “tarixi bir həqiqət olaraq mövcud olmağa davam edir, bizim vəzifəmiz onu xatırlamaq, anlamaq və mənasını qorumaqdır”. Paşinyan, nədənsə, burada həmin dövrdə ermənilərin Antanta dövlətlərinin əlində bir alət olduğunu unudur.

Hər yerdən əlləri boşa çıxan ermənilərin növbəti “ölü diriltmə” əməliyyatı gülüncdür.

  • “...ortaya atılan iddiaların hamısının üstündən xətt çəkdi”

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli qeyd etdi ki, “Sevr” müqaviləsi heç bir zaman qüvvədə olmayıb və ermənilərin bu gün bu müqavilənin 100 illiyini keçirməsi tamamilə əsassızdır. “Bu müqavilə 1920-ci il avqusun 10-da Fransada, Paris yaxınlığındakı Sevr şəhərciyində imzalanıb. Ona görə də bu, “Sevr” müqaviləsi adlanır. Bizə məlum olduğu kimi, bu müqavilə Osmanlını parçalamağa xidmət edirdi. Bu müqavilə Antantaya daxil olan 13 dövlətlə Osmanlı arasında bağlanmışdı. Burada da əsas məqsəd məhz Osmanlını bölüşdürmək məsələsi idi. Ermənilər də buradan özünə pay qoparmaq istəyirdilər. Çünki hələ 1920-ci ilin avqustunda Ermənistan Sovet Respublikası elan edilməmişidi. Bu da təsadüfi deyildi, sovet hökuməti Ermənistana şərait yaradırdı ki, öz ərazilərini böyütsün. Əslində, Ermənistanın Antantaya daxil olmasının özü belə çox qəribə bir məsələdir. Çünki Birinci Dünya Müharibəsi başlayanda Ermənistan adlı dövlət yox idi, sonradan onun Antantaya daxil olmasının özü bir gülünc haldır. Ancaq başda Böyük Britaniya olmaqla, Antanta dövlətləri Osmanlının parçalanması üçün hər bir vasitədən istifadə edirdilər. Bu mənada ermənilər də onlar üçün bir alət idi. İndi sarkisyanların, paşinyanların iddia etdiyi “Sevr” müqaviləsinin 89-cu maddəsindən danışırlar. Buradan ermənilər də pay umurdu. Yunanlar, ingilislər və başqaları Osmanlı torpaqlarını parçalayıb onlara da pay vermək istəyirdilər. Burada alət rolunu oynayan ermənilər öz himayədarlarının köməyilə Türkiyə ərazisindən pay qoparmaq istəyirdilər. Türkiyə torpaqlarından ermənilərə də pay düşməsi üçün həmin müqavilənin 89-cu maddəsinə belə bir məsələ daxil etmişdilər. Bu məsələdə ermənilərin, yunanların, fransızların, ingilislərin iddiaları vardı. Osmanlının həmin dövrdəki vəziyyəti bəlli idi. Bilirik ki, İstanbul faktiki olaraq Antantanın işğalı altında idi. Atatürk də 1919-cu ilin mayından milli mücadilə hərəkatına başlamışdı. Yəni belə bir şəraitdə “Sevr” müqaviləsinin heç bir hüquqi əsası yox idi. Deyək ki, orada Osmanlı hökuməti ilə Antantaya daxil olan 13 dövlət arasında müəyyən danışıqlar aparılmışdı. Ancaq o danışıqların heç bir nəticəsi olmadı. Osmanlı həmin dövrdə təzyiq altında olduğu üçün hansısa obyektiv müqavilənin imzalanmasından söhbət gedə bilməzdi. Məhz Mustafa Kamalın başladığı milli mücadilə hərəkatı qalib çıxdıqdan sonra, 1923-cü ildə “Lozanna” müqaviləsi bağlandı və “Lozanna” müqaviləsi də “Sevr” müqaviləsində ortaya atılan iddiaların hamısının üstündən xətt çəkdi. “Lozanna” müqaviləsi bir daha göstərdi ki, əsas qüvvədə olan, əsas real olan “Lozanna” müqaviləsidir. Antanta dövlətlərinin Osmanlını basqılar altında bağlamağa məcbur etmək istədikləri “Sevr” anlaşması sonradan “Lozanna” müqaviləsinin bağlanması nəticəsində tamamilə öz əhəmiyyətini itirdi. Ermənistan hökumətinin iddia etdiyi, yenidən diriltməyə çalışdığı və 100 illiyini keçirdikləri “Sevr” müqaviləsinin heç bir əhəmiyyəti yoxdur. Hətta orada Osmanlı tərəfindən Damad Fərid Paşa, yaxud başqası tərəfindən məcburi şəkildə “Sevr” müqaviləsinə imza atılıbsa belə, “Lozanna” müqaviləsi bütün bunların hamısını alt-üst etdi və bu müqavilə tamamilə aradan qalxdı. Bu gün Paşinyanın və Ermənistan hökumətinin iddia etdiyi “Sevr” müqaviləsinin və onun  89-cu, eləcə də başqa  maddələrinin heç bir hüquqi, siyasi əhəmiyyəti, əsası yoxdur. Paşinyanın, Sarkisyanın, Ermənistan Elmlər Akademiyasının iddialarının heç bir əsası yoxdur, bu, cəfəngiyyatdan başqa bir şey deyil. Çünki qüvvədə olan əsas müqavilə “Lozanna”dır və “Lozanna”da da müasir Türkiyənin ərazisi dünya dövlətləri, BMT tərəfindən qəbul olunub. Bu anlamda Paşinyanın və digərlərinin ortaya atdığı iddianın heç bir əsası yoxdur və olmayacaq da” - deyə F.Ələkbərli bildirdi.

Qeyd edək ki, bəzən erməni mətbuatında  Ermənistanın 1920-ci ildə “Sevr”i ratifikasiya edən yeganə dövlət olduğu deyilir. Bu iddiaya gəlincə, F.Ələkbərli bildirdi ki, bununla bağlı heç bir mənbədə məlumata rast gəlməyib.

İradə SARIYEVA   



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ