Son vaxtlar "Milli Şura"nın iclaslarının videogörüntü formatında keçirilməsinə başlandıqdan sonra hər kəsə bir daha aydın oldu ki, burada heç də ciddi məsələlər müzakirə olunmur.
Bir-birinə hörmətsizlik, başqalarının ələ salınması, hətta söyülməsi, təhqir edilməsi və s. "Milli Şura"nın iclaslarında ancaq bunları eşitmək olar. Qeyri-ciddi adamların toplaşdığı bir “şuradan” daha nə gözləmək olar ki...
Növbət belə “iclaslardan” birinin görüntüləri yayılıb. Yenə də söyüşün biri bir qəpik, yenə də müxalifətdə söymədikləri adam qoymadılar.
Budəfəki qurbanlar isə “Turan” İnformasiya Agentliyinin rəhbəri jurnalist Mehman Əliyev və Real partiyasının üzvü Natiq Cəfərlidir.
Qənimət Zahidov deyir: "Mehman Əliyev İlqar Məmmədovun kopyasıdır".
Vidadi Mirkamal isə: "Mehman Əliyev mövqesiz adamdır".
Gültəkin Hacıbəyli "meydana girir": "Mehman Əliyev söhbətində Vidadi bəylə razıyam, mövqesiz adamdır. Amma tam İlqar Məmmədovun eynisi deyil hələ ki. Hələ ki...
Gültəkin Hacıbəyli daha sonra deyir: "Natiq Cəfərli tərbiyəsiz, iyrənc, murdar, şərəfsiz, alçaq, ən pis sözlərə layiq adamdır".
Ardınca Vidadi Mirkamal, Vahid Məhərrəmli, Qənimət Zahidov da "Şərəfsiz və tərbiyəsiz adamdırlar" deyə, təsdiq edirlər.