Bazar günü günü, 25 oktyabr 2026
     

Ermənilərin Tovuz təxribatına ümumdünya reaksiyaları bu dəfə daha fəal oldu - səbəblər…

Image


Iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində və sonrakı günlərdə də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Həmin döyüşlərdə Azərbaycan Ordusu da itkilər verib.  Qeyd edək ki, Ermənistanın bu təxribatını bəzi ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar dərhal pisləyib.

Görünən budur ki, beynəlxalq ictimaiyyət Azərbaycan-Ermənistan sərhədində gərginləşmiş vəziyyəti diqqətlə izləyir. Beynəlxalq strukturlar və müxtəlif dövlətlərin rəsmi nümayəndələri tərəflər arasında açıq şəkildə rəsmi Bakını dəstəklədiklərini bəyan ediblər.

Qarabağ münaqişəsinin nizama salınması danışıqlarında vasitəçi mandata sahib olan ATƏT-in Minsk Qrupu iyulun 13-də vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda Minsk Qrupunun həmsədrləri atəşkəs rejiminin son pozuntularını qınayıb. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr olan Rusiya, ABŞ və Fransadan da müxtəlif səviyyələrdə neytral xarakterə malik bəyanatlar olub.

Ermənistanın üzv olduğu, Azərbaycanın üzv olmadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyanatı beynəlxalq strukturların reaksiyasından xüsusi diqqətə layiqdir. Təşkilatın katibliyi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb. Maraqlıdır ki, bu vəziyyətdə rəsmi Kiyev Bakıya öz dəstəyini bildirmək fürsətini növbəti dəfə əldən verməyib.

Türkiyə Prezidenti, Xarici İşlər Nazirliyi və müxtəlif digər qurumları birmənalı olaraq Azərbaycana dəstək verib.

Pakistan Xarici İşlər Nazirliyi də birmənalı olaraq Azərbaycana dəstək olub.

İran Prezident administrasiyası səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bunun ölkəsi üçün prioritet məsələ olduğunu bildirib. Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Ukrayna XİN Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bildirərək vurğulayıb ki, Ukrayna tərəfi Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması əsasında onun beynəlxalq səviyyədə tanınmış sərhədləri ilə vəziyyətin həllini dəstəkləyir. Ermənistanın strateji müttəfiqi hesab olunan Rusiya, erməni lobbi qruplarının güclü olduğu Fransa və ABŞ bitərəf mövqedən çıxış edib.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da məlum təxribatla bağlı öz “Twitter” mikrobloqunda fikirlərini bölüşüb. O, Azərbaycan-Ermənistan dövlət sərhədində atışmanın çox narahatedici olduğunu vurğulayıb.

Beynəlxalq ictimaiyyətin bu dəfə məsələyə belə operativ və Ermənistanı qınayan tərzdə reaksiya verməsi nəyin əlaməti sayıla bilər?

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun bir sıra əsaslı səbəbləri var:“Artıq Ermənistanın informasiya diversiyası tam gücü ilə işləmir. Biz həmin blokadanı nəinki yarmışıq, hətta indi onlara qarşı informasiya cəbhəsində hücum mövqeyindəyik. Eyni zamanda, bu dəfə Ermənistanın taxribata dövlət sərhədindən başlaması onların niyyətinin nədən ibarət olmasına qəti şübhə yeri saxlamadı. Bəlli oldu ki, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribatın məqsədi Azərbaycan Ordusunun nəzarət etdiyi mövqeləri ələ keçirməkdən ibarət olub. Təsadüfi deyil ki, sözügedən təxribatdan sonra Ermənistan Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabından paylaşılan məlumatda bildirilir ki, düşmən ölkənin müdafiə naziri David Tonoyan ATƏT-in Minsk Qrupunun şəxsi nümayəndəsi Andrey Kaspşiklə sonuncu görüşündə yeni strateji mövqelər ələ keçirməklə bağlı niyyətlərini ifadə edir. Mülki sakinlərimizin düşmənin ağır texnikasının hədəfinə tuş gəlməsi isə Ermənistan dövlətinin əsl xislətini ortaya qoydu. Digər tərəfdən, Azərbaycanın dünyada nüfuzunun, çəkisinin gündən-günə daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanın bu şəkildə sərt qınanmasına səbəb oldu. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi beynəlxalq təşkilatlardakı uğuru da buna səbəb olan amillərdəndir. Ermənistanın təxribata əl atmağının bir səbəbi də məhz bu amillə bağlıdır. Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı ciddi narahat edir.

Bunların hamısı zəncirvari şəkildə bir-birinə bağlı olduğundan ortada belə nəticə var. İndi siz təsəvvür edin ki, bizim beynəlxalq qurumlarla işləməli olan nazirliyimizin fəaliyyəti həmin zaman daha yüksək səviyyədə olsaydı, nəticə necə olardı? Bilirsiniz ki, Prezident müşavirədə dedi ki, həmin gərgin anlarda sabiq XİN rəhbərini yerində tapa bilməyib. Ümidvaram ki, yeni rəhbərlik diplomatik arenada işi daha yaxşı təşkil etməklə ermənilərin daha da ifşa olunmasına şərait yaradacaq”.

Artıq Ermənistanın, bütün sahələrdə olduğu kimi, beynəlxalq əlaqələr sistemində də siyasətinin tam süquta uğradığına şübhə yeri qalmır.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino FIFA U-15 dünya çempionatı və festivalına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ