Bazar günü günü, 01 noyabr 2026
     

Rusiyada qalmış vətəndaşlarını Bakıya daşımaqda Azərbaycanın modeli və Ermənistanın davranışları - müqayisə edin...

Image


Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə bağlı olaraq hazırda Azərbaycanda da xüsusi karantin rejimi tətbiq olunur. Xüsusi karantin rejimi müddətində Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra tədbirlər görülür. Ölkə daxilində şəhərlərarası gediş-gəliş məhdudlaşdırılıb, dövlət sərhədi bağlanıb, paytaxtda metropolitenin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Ölkə sərhədlərinin bağlanmasına qərar verilməmişdən əvvəl martın sonunadək xarici ölkələrdən 15 mindən artıq Azərbaycan vətəndaşı ölkəmizə təxliyyə edilib. Sərhədlər bağlandıqdan sonra isə Azərbaycan dövləti xarici ölkələrdə qalan vətəndaşlarımıza müraciət edərək onlara olduqları ölkədə qalmağı və həmin ölkənin karantin rejiminə riayət etmələrini tövsiyə etməklə yanaşı, vəziyyət düzələn kimi onların ölkəmizə təxliyyə ediləcəklərini bildirib.

Pandemiya ilə əlaqədar olaraq Rusiyada qalan Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyyə edilməsi dövlətin diqqət mərkəzində olan əsas məsələlərdən biridir. Keçən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahdan rəsmən bildirilib ki, aprelin 20-dən sonra Rusiyadakı və Türkiyədəki Azərbaycan vətəndaşlarının təxliyyəsi həyata keçiriləcək.

Bildiyimiz kimi, Azərbaycan vətəndaşlarının xüsusi karantin rejimi müddətində vətənə qayıtmaları ilə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və konsulluqlarına daxil olan müraciətləri nəzərə alınaraq www.evegedirem.info saytı yaradılıb. Rusiyanın müxtəlif bölgələrində yaşayan vətəndaşlarımız onlayn vasitəsilə portalda qeydiyyata düşürlər.

Hazırda saytda Rusiyadan 461 Azərbaycan vətəndaşının təxliyyə üçün müraciət etdiyi görünür.

Qeydiyyat beş gün davam edəcək, sonra müvəqqəti olaraq saxlanacaq. Bu vaxt ərzində qeydiyyatdan keçənlərin təhlili aparılacaq, onların təxliyyə planı hazırlanacaq. Bundan sonra qeydiyyat təkrar açılacaq.

Bildiyimiz kimi, Azərbaycan dövləti, ölkəmizin Rusiyadakı Səfirliyi mütəmadi olaraq oradakı vətəndaşlarımızla əlaqə saxlayır və mümkün qədər tezliklə onların vətənə qayıdışını təmin etməyə çalışır. Hazırda Rusiyada Azərbaycan vətəndaşlarının evegedirem.info portalında qeydiyyatdan keçərək vətənə qayıdışlarını reallaşdırmaq üzrə olduqları vaxtda Ermənistan Moskvanın “Domodedov” hava limanında aclıq, səfalət içində qalan vətəndaşlarını yaxın günlərdə təxliyyə etmək niyyətində olmadığını ortaya qoyur.

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan hava limanına toplanan Ermənistan vətəndaşlarını olduqları ərazini tərk edib gecələmək üçün başqa yerlərə, otellərə getməyə çağırıb. Səfirliyin “Facebook” hesabında “Domodedov” aeroportunda ölkəsinə gəlmək istəyən vətəndaşlara səfir bildirib ki, yaxın 4 gün ərzində Moskvadan İrəvana təyyarə reysi nəzərdə tutulmayıb, yəni ermənilər yaxın günlərdə ölkələrinə getməkdən əllərini üzməlidirlər. Səfirlikdən, həmçinin, qeyd edilib ki, siyahıda 262 nəfərin adı var.

Rusiyada qalmış vətəndaşlarını Bakıya gətirmək üçün Azərbaycan dövlətinin davamlı iş apardığını deyən ekspertlər hesab edirlər ki, bu istiqamətdə dövlətimiz ortaya bitkin bir model qoyub. Rusiyadan vətəndaşlarımızın ölkəmizə daşınması üçün dövlətin artıq tədbirlər görməyə başladığını və evegedirem.info portalında vətəndaşların qeydiyyatına başlandığını deyən ekspertlərin fikrincə, bu istiqamətdə Azərbaycanla Ermənistan heç cür müqayisə edilə bilməz. Ekspertlər bildirirlər ki, Ermənistanın hazırda Moskvanın “Domodedov” hava limanında aclıq-səfalət içində olan vətəndaşlarını ölkəyə qaytarmaq üçün heç bir planının olmaması Ermənistanın Rusiyadakı səfirinin “yaxın 4 gün ərzində Moskvadan İrəvana təyyarə reysi planlaşdırılmayıb, buradan dağılın” deyə yaydığı səs yazısından aydın şəkildə görünür deyən ekspertlərin sözlərinə görə, Azərbaycan isə mütamadi olaraq Rusiyadakı vətəndaşlarımızın qeydinə qalıb, onların vətənə qayıdışını mümkün qədər tez reallaşdırmağa çalışıb. Bununla bağlı Azərbaycan Səfirliyinin işlər gördüyünü, səfirlikdə “qaynar xətt”lə paralel olaraq, evegedirem.info portalının da istifadəyə verildiyini əsas gətirən ekspertlər qeyd edirlər ki, karantinə qədər də Azərbaycan dövləti mərhələli şəkildə, xüsusi çarter reysləri ilə vətəndaşlarını ölkəyə təxliyyə etməklə bu məsələdə yeni dəst-xətt ortaya qoydu. Bu gün Azərbaycanın vətəndaşlarını Rusiyadan təxliyyə etməsi prosesi də yeniliklərlə müşayiət olunur.

  • “...onları Ermənistanda hər hansı bir perspektiv gözləmir”

 “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycandan çox-çox geridə qalır. “Əslinə qalanda mən nə iqtisadi potensial, nə hərbi güc, nə beynəlxalq nüfüz, nə də digər amillərlə bağlı Azərbaycanla Ermənistanı müqayisə etməyin tərəfdarı deyiləm. Amma region dövlətləri ilə, o cümlədən də Ermənistanla paralellər aparmalı olsaq, Azərbaycanda  təkcə öz vətəndaşlarının ölkəyə təxliyyə edilməsi ilə bağlı deyil, bütövlükdə, COVID-19 pandemiyasına qarşı mübarizədə həyata keçirilən tədbirlərin tamamilə fərqli olduğunu görə bilərik. Azərbaycanda prosesə kifayət qədər peşəkar və ardıcıl bir yanaşma var. Ermənistanda isə, bütövlükdə, bütün sahələrdə olduğu kimi, bu prosesin özündə də bir xaos hökm sürür, burada hər hansı bir sistemli idarəetmədən söhbət gedə bilməz. Ermənistan nəinki Rusiyada yaşayan vətəndaşlarını ölkəyə gətirməkdə maraqlı deyil, hətta bunu, faktiki olaraq, heç arzulamır. Çünki buna hazır deyil. Eyni zamanda, təkcə Rusiyadan deyil, digər ölkələrdən də Ermənistan vətəndaşlarının təxliyyə edilməsi ilə bağlı proseslər də indiyə qədər hər hansı bir formada həyata keçirilməyib. Hansı vətəndaşlar öz imkanları çərçivəsində geriyə qayıdıblar. Amma Ermənistan dövləti öz hesabına indiyədək vətəndaşlarını təxliyyə etməyib”.

E.Mirzəbəyli qeyd etdi ki, hazırda, faktiki olaraq, dünyanın hər yerində koronavirus pandemiyası hökm sürür və bu virusa qarşı mübarizə metodları dövlətlərin potensialının və idarəçilik sisteminin nə qədər çevik olduğuna görə də fərqlənir. “Qənaətimə görə, Azərbaycan Rusiyadakı vətəndaşlarımızın ölkəmizə təxliyyə edilməsi, gətirilməsi məsələsində də kifayət qədər peşəkar və ardıcıl formada hərəkət edir. Ölkəmizə gəlmək istəyən vətəndaşlarımız üçün müvafiq qaydada imkanlar yaradılır və həmin şəxslər ölkəyə gələcəklər və onların yerləşdirilməsi üçün də müfaviq ərazilər ayrılacaq. Bildiyimiz kimi, onlar müəyyən müddətdə karantində qalmalıdırlar. Bu istiqamətdə də ortada Azərbaycan dövlətinin planlı şəkildə hərəkəti var. Amma Ermənistanda bu imkanlar da yoxdur. Bu ölkədə insanlar onsuz da koronavirus oldu-olmadı, Ermənistandan qaçmağa can atırlarsa, onlar bu ölkəyə niyə qayıtsınlar ki? Çünki onları Ermənistanda hər hansı bir perspektiv gözləmir” - deyə E.Mirzəbəyli qeyd etdi.

İradə SARIYEVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ