Bazar günü günü, 01 noyabr 2026
     

İrəvan Qarabağ məsələsində Bakının qəti addımlar tələbi qarşısında... Azərbaycan XİN dünyadan sözdən işə keçilməsini istədi

Image


Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlara Ermənistan tərəfindən yaradlan maneələr bu gün beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənir. Bunun daha bir sübutu zəbt edilmiş ərazilərdə təşkil edilən son “seçkilərdə” özünü bir daha qabarıq şəkildə büruzə verdi. Belə ki, bütün aparıcı beynəlxalq qurumlar, çoxlu sayda dövlətlər Ermənistanın “seçki” şousunu birmənalı şəkildə pislədi.

Təbii ki, dünya miqyasında sərgilənən bu mövqe Azərbaycan tərəfindən məmnunluqla qarşılanır. Amma rəsmi Bakı hesab edir ki, müvafiq bəyanatlarla yanaşı, dünyanın Ermənistana qarşı əməldə də artıq real addımlar atması olduqca önəmlidir. Çünki məhz bu halda konfliktin dinc müstəvidə həlli reallaşa bilər. Əks təqdirdə məsələnin hərbi çözümü aktuallığını saxlamaqda davam edəcək. Bu səbəbdən Bakı bəyan edir ki, beynəlxalq birlik artıq sözdən əmələ keçməlidir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov "The London Post" qəzetinə müsahibəsində  bir daha gündəmə gətirib. Nazir qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağda qanunsuz fəaliyyətini pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır. Onun  sözlərinə görə, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"in keçirilməsi Azərbaycan Konstitusiyasının, o cümlədən BMT Nizamnaməsi və 1975-ci il Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və buna görə də heç bir hüquqi qüvvəyə malik olmayacaq. E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi "seçkilər"lə bağlı bəyanat verib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilərin yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin tam iştirakı ilə keçirilə biləcəyini vurğulayıb:”Belə seçkilər isə yalnız erməni işğalçı qüvvələrinin geri çəkilməsindən, qovulan azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından və bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq, eləcə də əməkdaşlığın bərpasından sonra mümkün olacaq”. Nazir vurğulayıb ki, əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i qəti şəkildə rədd edib və bunun qeyri-legitimliyini elan edib:“Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, TÜRK PA və digər beynəlxalq təşkilatlardan, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən və çoxsaylı dövlətlərdən gəlmiş ayrı-ayrı bəyanatları qeyd etməliyik. Əlbəttə ki, bu qanunsuz hərəkətləri pisləmək kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək lazımdır, yəni beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır”. Beləliklə, Azərbaycan növbəti dəfə məsələni kifayət qədər açıq qoyur və dünyadan qəbul etdiyi qətnamələrə, eləcə də digər sənədlərə müvafiq addımlar atmasını istəyir. Bakı bildirir ki, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər" beynəlxalq hüquq normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulması deməkdir. Aydındır ki, bu cür siyasət heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq kimi addımlarla uzlaşmır. Elə bu səbəbdən Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsində təsbit edilmiş qaydalara əsaslanan dövlətlərarası münasibətlərin norma və prinsiplərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görməsini tələb edir. əks təqdirdə, yuxarıda qeyd olunduğu kimi, məsələnin hərbi həlli qaçılmaz olacaq. Elə Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da məsələyə məhz bu prizmadan yanaşır. O ilk növbədə xatırladır ki, beynəlxalq ictimaiyyət, o cümlədən də Rusiya Qarabağda baş tutan qondarma “seçkiləri” tanımır və Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edir:“Eyni zamanda, Rusiya Dağlıq Qarabağın taleyinin müəyyənləşdirilməsində həm Ermənistan, həm də Azərbaycan icmalarının iştirak etmələrini tələb edir. Bu müəyyənlik BMT-nin elan etdiyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü ifadə edən prinsiplərə uyğun olmalıdır. Bu, Rusiyanın mövqeyidir. Amma BMT-nin elan etdiyi prinsiplərin reallaşması üçün də qəti addımların atılması olduqca önəmlidir. Məhz bundan sonra məsələnin sülh yolu ilə həllindən bəhs etmək olar. Aydındır ki, bu addımların yoxluğu, sadəcə savaşı yaxınlaşdırır. Dünya isə bu savaşı istəmir. Amma bunun üçün də hərəkət etməsi lazımdır”.

Rusiyalı politoloqun fikrincə, beynəlxalq birliyin müvafiq addımı olmadığı halda Ermənistan bundan faydalanmağa çalışır, hətta zəbt olunmuş ərazilərdə qondarma “seçkilər” təşkil edir: “Son qondarma “seçkilər” isə Ermənistanın baş naziri Nikol Paşinyan üçün çox vacib idi. Paşinyan inqilabi yolla əldə etdiyi hakimiyyətini qorumaq, bundan populyar olmaq üçün istifadə etmək istəyir. Bunun üçün isə iqtisadi artım tələb olunur. İqtisadi artım üçün blokadanın aradan qaldırılması lazımdır. Məhz buna görə Paşinyan Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycana verilməsini özündə ehtiva edən”Kazan formulu”na əməl etmək istəyir. Amma o bunu etməkdən çəkinir. Çünki radikallar tərəfindən məhv ediləcəyindən qorxur. Odur ki, “Kazan formulu” üzrə kompromisə görə siyasi məsuliyyəti Dağlıq Qarabağın erməni icmasının üzərinə daşımağa, istəklərinin siyasi müttəfiqləri tərəfindən ifadə edilməsinə çalışır. Bax buna görə də “seçkilər” onun üçün çox əhəmiyyətli idi. Amma Paşinyanın sonadək “Kazan formulu”na riayət edə biləcəyi də qətiyyən inandırıcı sayılmır. Elə buna görə işğal siyasətinin dayandırılması üçün dünya dövlətlərinin daha qəti addımlar atmasına ehtiyac var”. Elə Bakı da uzun müddətdir dünyadan məhz bunu tələb edir. Digər tərəfdən, başqa parametrlər baxımından da Azərbaycan dünyanın Qarabağ məsələsində daha konkret addımlar atmasını istəyir. Söhbət işğal altındakı ərazilərin terror, narkotik mənbəyi kimi hələ də ciddi təhdid mənbəyi olmasından gedir. Ehtiyatda olan polkovnik-leytenant İsa Eldaroğlu bu xüsusda yenidən diqqəti ona yönəldir ki, nəzərdən qaçırılması düzgün olmayan vacib amil işğal edilmiş ərazilərimizin Ermənistan rəhbərliyi tərəfindən narkoticarət obyektinə çevrilməsi və bundan yüz milyonlarla dollar gəlir əldə edilməsidir:“Bu narkoticarətdən əldə olunan gəlirlərin bölünməsi zamanı tərəflər arasında münaqişələrin, silahlı qarşıdurmanın, ölümlə nəticələnən qanlı olayların baş verməsi barədə xarici mətbuatda, elə Ermənistan mətbuatında da yetərincə məlumatlar var. Narkoticarətdən yetərincə pay ala bilməyən, narkotik satışının həyata keçirilməsində iştirak edən kriminal qrupları və əldə olunan gəlirləri nəzarətə götürməyə can atan Paşinyan rejimi həm də buna görə son “seçkilərin” nə yolla olursa-olsun keçirilməsində, həmçinin ona lazım olan adamın “prezident kürsüsünə” əyləşdirilməsində maraqlı idi. Önəmli olan amillərdən biri də işğal edilmiş ərazilərimizdən qanunsuz silah alveri və terrorçu yetişdirən təlim mərkəzləri kimi istifadə edilməsidir. Paşinyan rejimi bu sahəni də nəzarətə götürməyə və onlardan gələcəkdə öz məqsədləri üçün istifadə etməyə ilk gündən can atırdı. Qanunsuz silah və narkotik alverindən əldə edilən gəlirlər çoxdan Paşinyanın iştahasını artırıb. Həmçinin xalqı boş xəyallarla aldadaraq hakimiyyətə yiyələnmiş Paşinyan işğal edilmiş ərazilərimizdə yetişdirilən terrorçuların nə vaxtsa onun özünə qarşı istifadə edilməsindən qorxur. Buna görə də Paşinyanın bütün bu prosesləri tam nəzarətə götürmək üçün radikal addımlar atacağı gözlənilən idi. Və kim zəmanət verə bilər ki, Qarabağda hakimiyyət dəyişikliyi nəticəsində Paşinyan əldə etdiyi bu imkanlardan gələcəkdə öz opponentlərinə, şəxsi düşmənlərinə və başqa ölkələrin vətəndaşlarına qarşı istifadə etməyəcək? Ən diqqət çəkmək istədiyim məqam Qarabağda yaşayan ermənilərin həyatlarının dəyəridir. İrəvanda təmtəraq içində üzən Paşinyan hakimiyyəti üçün Qarabağda yaşayan ermənilər özləri də, onların həyatları da dəyərsizdir. “Seçkilərin” keçirilməsi ilə açıq-aşkar nümayiş etdirildi ki, işğal altında olan ərazilərimizdə məskunlaşan, buraya yerləşdirilən hərbi hissələrdə xidmət edən hərbçilərin və onların ailələrinin bir mandat, bir kreslo qədər qiyməti yoxdur. Belə olmasaydı, Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti öz ambisiyaları səbəbindən, şəxsi maraqları ucbatından koronavirus pandemiyasının dünyanı silkələdiyi, yüz minlərlə insanın həyatına son verdiyi bir zamanda onsuz da bədbəxt, qeyri-insani şəraitdə yaşamağa məcbur edilən Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərini seçkilərə sürükləməzdi. Bu səbəbdən də diqqət yetiriləsi əsas məqamlardan biri separatçı rejimin və Ermənistan hakimiyyətinin əhaliyə qarşı amansızlığıdır. Paşinyan hakimiyyətinin hazırkı məqamda, pandemiya elan edildiyi bir vaxtda tələm-tələsik “seçkilər” keçirərək minlərlə insanın, həm də işğal etdiyi ərazidə yaşayan və başqa ölkə vətəndaşları olan sakinlərin həyatını təhlükəyə atması insanlığa qarşı cinayət kimi dəyərləndirilməli və Ermənistan hakimiyyəti beynəlxalq hüquq qarşısında cavab verməli və cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Bu qeyd edilənlərdən bir daha bəlli olur ki, dünyanın Qarabağ məsələsində müvafiq əməli addımlar atması işğal altındakı ərazilərdə olan ermənilərin xilası baxımından da vacib önəm kəsb edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ