Cümə axşamı günü, 08 oktyabr 2026
     

Şou müğənnilər də parlamentə düşmək iddiası ortaya qoydularsa...

Image


Deputatlıq mandatı əldə etməyə yalnız siyasət adamları, iqtisadçılar, tanınmış ictimai-siyasi xadimlər, mütəxəssislər deyil, siyasətlə heç bir əlaqəsi olmayan şou-biznesçilər, müğənnilər, sənətçilər  də can atırlar. Biz zaman-zaman bu halın şahidi olmuşuq. Bir sıra şou müğənniləri mandat əldə etmək üçün keçən parlament seçkilərinə qatılıblar, lakin onlar, demək olar ki, heç bir seçici səsi toplaya bilməyərək deputatlıq kürsüsünə həsrət qalıblar.

Bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının ölkə parlamentinin buraxılması ilə bağlı qərar qəbul etməsi yenidən şou-biznesçiləri aktivləşməyə vadar edib. Ölkədə parlamentin buraxılması prosesi reallaşmamış, artıq bir sıra şou-biznesçilər, bəzi erotika “qəhrəmanları” millət vəkili olmaq iddialarını ortaya qoyublar. Onlar arasında indidən qanunsuz təbliğata başlayanlar da var. Bu gün elə şou-biznesçilər deputat olmaq istəyilə çıxış edir ki, adam təəccüblənir. Parlament şou-biznes məkanı deyil, bura kifayət qədər ciddi, mötəbər, ölkənin həyatında mühüm rol oynayan, taleyüklü məsələlərin müzakirə və həll edildiyi bir təsisatdır. Millət vəkilliyi isə şou göstərmək deyil, bu iş ciddi analitik təfəkkür, savad, geniş siyasi bilik, təcrübə tələb edən bir sahədir.

  • Qiymət Məhərrəmli: “Şou adamları deputat toxunulmazlığı əldə etmək və sonra isə mandatın verdiyi səlahiyyətlərdən...”

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış tədqiqatçı-alim Qiymət Məhərrəmli “Bakı-Xəbər”ə bildirdi ki, şou-biznesçilərin deputatlığa kütləvi maraq göstərməsi böyük faciədir. Öz sahəsində heç bir iş görməyən bəzi şou-biznesçilərin millət vəkili olmaq istəyinin kökündə onların hüquqi toxunulmazlıq əldə etmək istəməsi dayanır. “Parlamentin tərkibi kifayət qədər bilikli, savadlı, siyasətdən, iqtisadiyyatdan, beynəlxalq aləmdən xəbəri olan, geniş təfəkkürə, siyasi-hüqiqi, iqtisadi biliyə sahib olan insanlardan təşkil olunmalıdır. Millət vəkili olmaq insandan böyük məsuliyyət tələb edir. Ümumiyyətlə, sənət adamlarının, xüsusən də şou-biznesçilərin parlamentə can atması, deputatlıq mandatı əldə etmək iddiasında olması təsadüfi deyil. Şou adamları deputat toxunulmazlığı əldə etmək və sonra isə mandatın verdiyi səlahiyyətlərdən geniş surətdə sui-istifadə etmək istəyirlər. Şou-biznesçilər xalqa canları yandığı üçün millət vəkili olmaq istəmirlər. Onlar bu mandatı öz həmkarlarına zərbə vurmaq üçün əldə edirlər. Elə adamlar millət vəkili olmağa iddia edir ki, adam məəttəl qalır. Bu adamların nə səsi, nə istedadı, nə də savadı var. Sabah onların hansısa biri deputat seçilərsə, ölkəni necə təmsil edə bilər? Deputat savadlı olmalıdır, bizim şou-biznesçilər arasında isə iki-üç nəfər savadlı adam var, qalan hamısı savadsızdır”.

Q.Məhərrəmli bildirdi ki, bu gün parlamentdə olan deputatların xeyli qisminin səsini seçiciləri eşitməyib. Onların parlamentin “ölü canlar”ı olduğunu deyən Q.Məhərrəmli hesab edir ki, şou müğənniləri də millət vəkili seçilərsə, ağızlarına su alanlardan olacaqlar. “Siz özünüz də yaxşı bilirsiniz ki, sənət adamlarının çoxu parlamendə heç bir iş görməyib. Sadəcə, orada özlərini göstəriblər. Sənətin, mədəniyyətin, ədəbiyyatın kifayət qədər problemi var ki, onların birini də səsləndirməyiblər” - deyə Q.Məhərrəmli bildirdi.

  • Ənvər Çingizoğlu: “Şou müğənniləri, şoumenlər deputat olmaq iddiasına düşməklə özlərini gülünc vəziyyətə salır, lağ obyektinə çevirirlər”

Tanınmış etnoqraf-alim Ənvər Çingizoğlu da hesab edir ki, şou-biznesçilərin parlament seçkilərində iştiraka can atmasının səbəbləri onların öz şəxsi mənafeyilə bağldıır. “Xalq onsuz da şou-biznesçiləri sevmir, heç şou-biznesçilər də xalqı sevmir. Bu adamlar həmişə öz məqsədlərini həyata keçirmək üçün vəziyyətdən istifadə ediblər. Şou müğənnilərinin deputat olmaq istəyinin kökündə onların mandat əldə etməsi dayanır. Amma hesab edirəm ki, savadı, siyasi təfəkkürü olmayan şou-biznesçilər, şoumenlər Milli Məclis üzvlüyünə seçilə bilməz. Şou müğənniləri, şoumenlər deputat olmaq iddiasına düşməklə özlərini gülünc vəziyyətə salır, lağ obyektinə çevirirlər. Şou-biznesçilərin parlament seçkilərinə qatılması pis haldır, parlament onlar üçün deyil” - deyə Ə.Çingizoğlu bildirdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ