Cümə axşamı günü, 08 oktyabr 2026
     

Göytəpə Arxeoloji Parkının yaradılması prosesi necə gedir...

Image


Azərbaycanda ilk arxeoloji park olacaq Göytəpə Arxeoloji Parkının yaradılması hələ tam olaraq reallaşmayıb. Bu parkın yaradılması, burada muzeyin, Neolit kəndinin, eləcə də digər təsisatların formalaşdırılması ölkəmizə turist axınının güclənməsinə səbəb ola biləcək amildir.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 2012-ci il 18 aprel tarixli Sərəncamına əsasən, Azərbaycanda ilk dəfə Arxeoloji Park yaradılmalı olduğu halda, 7 il keçməsinə baxmayaraq, sənəddə nəzərdə tutulan arxeoloji park hələ də yaradılmayıb.

Onu da vurğulayaq ki, Azərbaycanda son illər həyata keçirilən silsilə arxeoloji tədqiqat işləri ölkəmizdə bir neçə arxeoloji park yaradılmalı olduğunu deməyə əsas verir. 

Haqqında danışdığımız Tovuz rayonu ərazisində yerləşən Göytəpə arxeoloji kompleksi Azərbaycanın ən qədim maddi mədəniyyət nümunələrindəndir. Əlbəttə, bu abidə tariximizin öyrənilməsi və turizmin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

  • “Hesab edirəm ki, layihədə heç bir böyükmiqyaslı dəyişiklik edilməyəcək”

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri Fərhad Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yanında Göytəpə Arxeoloji Parkının yaradılması gündəmdədir. Hazırda sözügedən sahədə elə də diqqətçəkən işin görülmədiyini deyən F.Quliyevin sözlərinə görə, amma parkın yaradılması işinin sürətləndirilməsi akademiyanın yeni rəhbərliyinin diqqət mərkəzindədir.

O qeyd etdi ki, 2008-ci ildə yerli və xarici mütəxəssislərin iştirakı ilə başlayan arxeoloji qazıntılar zamanı Göytəpədə eramızdan əvvəl, VII-VI minilliyə aid çox yaxşı qalmış Neolit dövrü yaşayış məskəni və bir çox maddi mədəniyyət nümunələri aşkarlanıb. 2012-ci ilin aprelində ölkə başçısı İlham Əliyevin qərb bölgəsinə etdiyi səfər zamanı Göytəpə neolit dövrü abidəsinin ilkin nəticələri ilə tanış olduğunu və AMEA yanında Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı sərəncam imzaladığını deyən F.Quliyevin sözlərinə görə, Arxeoloji Parkın indiyədək yaradılmamasının bir neçə subyektiv səbəbi var, amma prosesin tezliklə başlayacağı istisna edilmir. “Sizinlə keçən söhbətimizdə arxeoloji parkın yaradılmasında gecikmənin bir sıra subyektiv səbəbinin olduğunu qeyd etmişdim. Bilirsiniz ki, layihə mürəkkəb xarakterli idi. Yəni çoxları park sözünün mahiyyətini dərk etmirdi. Lakin artıq arxeoloji parkın salınması ilə əlaqədar xarici mütəxəssislərlə birgə layihə hazırlanıb və təqdimatı keçirilib. Gələn ilin yayınadək arxeoloji parkın önəmli hissəsinin hazır olması nəzərdə tutulur. Arxeoloji park, sadəcə, bir abidənin üstünün örtülməsi deyil. Burada əsasən abidənin tanıdılması və ictimailəşdirilməsi nəzərdə tutulur. Göytəpə arxeoloji parkı elə formada hazırlanacaq ki, buraya gələnlər özünü Neolit dövrünün kəndində təsəvvür edə bilsin. İnsanlar əcdadlarının 8 min il əvvəl hansı formada yaşadıqlarını əyani olaraq görəcəklər. Burada bir neolit mühiti yaradılacaq. Eyni zamanda, muzey və uşaqların arxeologiyaya marağını artırmaq məqsədilə əyləncəli arxeoloji işlər təşkil olunacaq”.

Parkın layihəsində hər hansı bir böyük dəyişikliyin edilib-edilməyəcəyinə gəlincə, F.Quliyev bildirdi ki, kiçik korrektələri və müəyyən xırda əlavələri, təklifləri nəzərə almasaq, layihədə heç bir böyük dəyişiklik gözlənilmir: “Bilirsiniz ki, bu layihəni hazırlamışıq, hesab edirəm ki, layihədə heç bir böyükmiqyaslı dəyişiklik edilməyəcək. AMEA yanında Arxeoloji Parkın yaradılması işinin sürətləndirilməsi məsələsi AMEA-nın yeni rəhbərliyinin tam diqqətindədir və bildiyim qədər, ayın sonunda məsələ yenidən müzakirə ediləcək. Ümid edirəm ki, gələn ilin aprel ayında proses başlanacaq. Hər halda, buna ümidimiz var” - deyə bildirən F.Quliyevin sözlərinə görə, Göytəpə Arxeoloji Parkında yarımçıq qalan işlərin davam etdirilməsi üçün millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevə müraciət ünvanlayıb. F.Quliyevin dediyinə görə, Tovuz Diyarşünaslıq Muzeyi yaradılıb və həmin muzeyin ekspozisiyasında Göytəpə arxeoloji abidəsindən aşkarlanan eksponatlar sərgilənəcək. Ekspedisiya rəhbərinin bildirdiyinə görə, bu muzeydə, həmçinin, Tovuz ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan digər eksponatlar da yer alacaq.

F.Quliyev hesab edir ki, yaxın bir neçə ay ərzində Göytəpə Arxeoloji Parkının yaradılması prosesinin həyata keçirilməsinin şahidi olacağıq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ