Cümə günü, 14 avqust 2026
     

Yeni çəkilmiş Azərbaycan filmləri telekanallarda niyə yayımlanmır?

Image


Son bir neçə ildir ardıcıl olaraq hər il ölkəmizdə yeni bədii filmlər çəkilir. Həm “Azərbaycanfilm” kinostudiyasının, həm də özəl kino şirkətlərinin istehsal etdikləri müasir bədii filmləri yerli tamaşaçılar görə bilmirlər. Bu da onunla bağlıdır ki, il ərzində bir neçə tammetrajlı və qısametrajlı filmlər isteshal edilsə də, onların nümayişi sahəsində ciddi problemlər mövcuddur.

Yeni çəkilən filmlərimiz nə kinoteatrlarda, nə də telekanallarda nümayiş olunur. Kinoteatrlar, ümumiyyətlə, milli kino təqdim etmir, televiziyalar isə yalnız Sovet dövründə çəkilən bədii filmləri nümayiş etdirməklə kifayətlənirlər. Yeni filmlərin adlarını isə tamaşaçılar yalnız məlumat xarakterli yazılardan eşidirlər. Azərbaycan kinosuna tamaşaçı cəlb etməyin ən optimal yolu onun nümayişini və təbliğatını mütəşəkkil təşkil etməkdir. Amma, gördüyümüz kimi, bu proses həyata keçirilmir.

Azərbaycan tamaşaçısının görmədiyi yeni çəkilən filmlərin xarici ölkələrdə keçirilən müxtəlif  kinofestivallarda təqdim edilməsi halları olsa da, o filmlərin dünya bazarında meydanı dardır.

Ekspertlər bildirirlər ki, müasir Azərbaycan filmlərinin telekanallarda nümayiş etdirilməməsinin əsas səbəbi odur ki, aidiyyəti kino qurumları nümayiş üçün telekanalın vəsait ödəməsini tələb edirlər. Ekspertlər qeyd edirlər ki, Azərbaycan filmlərini nümayiş etdirən bir çox telekanal müəlliflərə və hüquqi varislərə qonorar ödəmədiyinə görə hətta məhkəməyə də çəkiliblər. Özəl kanallar filmləri nümayiş etdirdikdən sonra qonorar ödəməkdən imtina edir, əslində, onlar nümayişə görə qonorar ödəməlidirlər.

  • Aydın Kazımzadə: “Müasir dövrdə çəkilən filmlərin ekranlara çıxması üçün telekanal rəhbərləri və kino istehsalçıları birgə səy göstərməli, hər bir tərəf öz üzərinə düşəni etməlidir”

Kinoşünas Aydın Kazımzadə hesab edir ki, televiziyalar “Azərbaycanfilm” kinostudiyası və digər kino şirkətləri ilə müqavilə bağlamalı və həmin müqaviləyə əsasən filmlərin nümayişini həyata keçirməlidirlər. Televiziyaların bir çoxunun cüzi məbləğdə qonorar ödəməkdən imtina etdiyini deyən A.Kazımzadənin sözlərinə görə, “Azərbaycanfilm”də dövlət hesabına azı 2-3, bəzən 4 bədii film çəkilir və bu filmlərin istehsalına lazımi vəsait ayrılır. “Bu gün Azərbaycan filmlərinin təbliği üçün daha çox şərait var. Hesab edirəm ki, telekanallar yeni filmləri nümayiş etdirməlidirlər. Hansı telekanala baxırsan, hamısı köhnə filmlər təqdim edir. Bizim son illər çəkilən filmləri isə ekranlarda görmək olmur. Bildiyim qədər, televiziyalar yeni filmlərin nümayişi üçün kinonu istehsal edən şirkətə qonorar ödəməlidirlər. Əlbəttə, bu, müasir dövrün tələbidir. Müasir Azərbaycan filmlərinin telekanallarda nümayiş etdirilməsi sahəsindəki problemlərin aradan qaldırılması vacibdir. Müasir dövrdə çəkilən filmlərin ekranlara çıxması üçün telekanal rəhbərləri və kino istehsalçıları birgə səy göstərməli, hər bir tərəf öz üzərinə düşəni etməlidir” - deyə A.Kazımzadə qeyd etdi.

  • Hüseyn Mehdiyev: “Televiziyalar yayımladıqları hər bir filmin 1 saatına görə 125 manat ödəməlidirlər”

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyevin fikrincə isə hər bir müəllifin qanunla tənzimlənən hüququ var və bir sıra hallarda bu hüququ tanımaq istəmirlər: “Qanunla hər bir istifadəçi audiovizual əsərlər, o cümlədən, filmlərin istifadəsindən qabaq həmin əsərin hüquqi sahibindən lisenziya almalıdır. Bu qanun həm musiqiyə, həm ədəbiyyata, həm də teatra aiddir. Yeni filmlərin istehsalçısı "Azərbaycanfilm" kinostudiyasıdır. Demək olar ki, bütün kanallar həmin qurumla müqavilə bağlayıblar. Niyə filmlər az nümayiş olunur və ya olunmur, bu onların daxili siyasətidir. Biz onlara bu yöndə məsləhət verə bilmərik. Artıq 20 ildən çoxdur münasibətlər qayda-qanunla tənzimlənir. Qanunu pozan tərəflər isə münasibətlərini məhkəmə vasitəsilə tənzimləyirlər”.

Bütün filmlərin müəlliflərinin hüquqlarının qorunduğunu deyən H.Mehdiyev qeyd etdi ki, yayımlanan hər bir filmin 1 saatına görə televiziyalar qanuna əsasən 125 manat ödəniş etməlidirlər. “Televiziyalar yayımladıqları hər bir filmin 1 saatına görə 125 manat ödəməlidirlər, bu, qanunla belədir, burada qanundankənar heç nə yoxdur. Deyim ki, digər dövlətlərlə müqayisədə bu, çox cüzi məbləğdir. Kino sənayesinin kinoteatrlardan sonrakı bazarı məhz televiziyalardır. Xaricdə yeni bir filmin nümayişi üçün hətta milyonlar da ödəyirlər” - deyə H.Mehdiyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ