Cümə axşamı günü, 08 oktyabr 2026
     

İncəsənət Universitetinin ixtisaslı aktyor kadrlarının səviyyəsinə ciddi iradlar var…

Image


Müasir Azərbaycan teatrlarında ixtisaslı kadr məsələsi aktual bir problem kimi diqqəti cəlb edir. Xüsusən də teatrın spesifik sahələri var ki, həmin sahələr üzrə ixtisaslı kadrlar, aktyor və aktrisalar yetişdirilmir. Bu gün teatrlarımız ciddi ixtisaslı aktyor problemi ilə üzləşiblər.   

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir sıra sahələr var ki, həmin sahələr üzə aktyorlar hazırlanmır, bu ali məktəbin məzunları həmin sahəni teatrlara işə cəlb edildikdən sonra mənimsəyirlər. Hazırda bu ali məktəbdə kukla və pantomim teatrı aktyorluğu kimi fakültə yoxdur. Bu da sözügedən teatrların ixtisaslı aktyır çatışmazlığından əziyyət çəkməsinə səbəb olur.

Məlumat üçün bildirək ki, Azərbaycanda 1 pantomim teatrı və bir neçə kukla teatrı fəaliyyət göstərir. Abdulla Şaiq adına Kukla Teatrı Bakıda fəaliyyət göstərsə də, o biri kukla teatrları bölgələrdədir. Naxçıvan, Salyan, Qax kukla teatrlarında kadr çatışmazlığı illərdir gündəmdədir. Digər spesifik xüsusiyyətə malik olan pantomim teatrında da bu halın mövcudluğu sirr deyil. Bu sənət sahəsinə seçim zamanı aktyorun plastikasına, pantomim səhnə hərəkətinə, kuklalarla işləmə qabiliyyətinə xüsusi fikir verilir.

Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə bizimlə söhbətində bildirdi ki, səhnə hərəkəti kafedrasında pantomim mütləq fənn kimi 1-ci kursdan 3-cü kursa qədər tədris olunmalıdır. O hesab edir ki, bu, Mədəniyyət və İncəsənət Universitetində pantomim teatrı üçün kadr yetişdirilməsi üçün bu ixtisas fakültativ məşğələ kimi də keçirilə bilər, təki burada kadr yetişdirisin.

  • Xəyalə Rais: “Bu gün bölgə teatrlarımız ixtisaslı aktyor sarıdan çox qıtlıq çəkirlər”

Tanımış teatrşünas Xəyalə Rəis isə qeyd etdi ki, bu günün gənc aktyorları daha çox görüntüyə, qısa zamanda məşhurluğa meyl edirlər: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti hər il kifayət qədər aktyor yetişdirir. Yeganə aktyor və rejissor yetişdirən ali təhsil ocağımızda hər il teatrlarımızı təmin edəcək qədər qəbul aparılır. Hesab edirəm ki, paytaxt teatrlarımızın o qədər aktyor qəbul etmək üçün kifayət qədər ştatı yoxdur. Bu gün universiteti bitirən gənc aktyorlarımız, rejissorlarımız bölgə teatrlarına getməkdən, orada çalışmaqdan imtina edirlər. Çox nadir hallarda ADMİU-nu bitirən gənc aktyorlar doğulduğu torpaqlara geri qayıdıb orada fəaliyyət göstərən teatrlarda çalışırlar. Bu gün bölgə teatrlarımız aktyor sarıdan çox qıtlıq çəkirlər. Bölgə teatrlarımızda cəmi 4-5 nəfər ali təhsilli aktyor var. Onlar öz aktyor bazasını teatrın daxilində fəaliyyət göstərən studuyalarda yetişdirirlər. Bunlar da özfəaliyyətdən o tərəfə çıxa bilmirlər. Məhz bu səbəbdən bölgə teatrlarımızın tamaşaları qənaətbəxş olmur”.

X.Rəis əlavə etdi ki, hazırda çox az hallarda gənc aktyorlarımız teatrlara müraciət edirlər: “Çünki televiziyalardan xarici seriallarda bu sənətin gətirdiyi məşhurluğu görüb məhz aktyor olmaq istəyən gənclərimiz var. Hansı ki, onlar məhz məşhur olmaq üçün bu sənətə gəliblər. Teatr isə onlara bu məşhurluğu vermir. Buna görə də universitetdə birinci kursa qəbul olunan tələbələr belə “heç olmasa əlimi bir seriala ilişdirim” prinsipi ilə yanaşırlar. Birinci kursda özlərini xalq artisti, ikinci kursda əməkdar artist kimi aparırlar. Dördüncü kursda anlayırlar ki, onlar heç aktyor belə deyillər. Təəssüf hissilə qeyd edim ki, bugünkü gənclər daha çox görüntüyə qaçırlar. Teatrlarımızın isə aktyor baxımından qıtlıq çəkmsəi məsələsinə razı deyiləm. Bu gün teatrlarda çalışan gənc aktyorlarımız kifayət qədərdir. Teatrlarda çalışan rejissorlar, əsasən də baş rejissorlar oraya universitetdə dərs dedikləri tələbələrini gətirir və əsas hazırladıqları tamaşalarında da o tələbələrə rol verirlər. Digər sözünü demiş, peşəkar aktyorlar qalır kənarda, əsas rolu həmin aktyorlar oynayırlar. Bəzən də rejissorların çalışdığı teatrlarda qərəzli münasibət göstərdiyi aktyorlar olduğu üçün deyirlər ki, teatrda aktyor qıtlığı var”

  • Vidadi Qafarov: “Çox yaxşı olar ki, ADMİU spesifik teatr sahələri üçün xüsusi kurslar açsın”

Tanınmış teatrşünas Vidadi Qafarovun fikrincə isə, bəzi spesifik teatlar üçün ixtisaslı aktyor kadrlarının hazırlanması üçün Təhil Nazirliyi və ADMİU birgə işlər görməlidirlər. “Bilirsiniz ki, ixtisaslar var ki, onlar spesifik sahələrlə bağlıdır. kukla teatrı bir teatrdır, pantomim teatrı da bir teatrdır. Əvvəllər belə bir ənənə vardı, spesifik sahələr üzrə bir neçə ildən bir kurs yığırdılar, o tələbələr oxuyub bitirdikdən sonra təyinatı üzrə işlə təmin edilirdilər. Bu gün Azərbaycanda bir neçə kukla teatrı var və həmin teatrların kadrlarla təmin olunması vacibdir. Çox yaxşı olar ki, ADMİU spesifik teatr sahələri üçün xüsusi kurslar açsın və həmin kurslarda ixtisaslı aktyorlar yetişsin. Bu, problemdən çıxış yoludur”.

V.Qafarov qeyd etdi ki, kukla və pantomim teatr sahəsi spesifik bir istiqamətdir, bu sahələr üzrə kadr hazırlığına xüsusi önəm verilməlidir. “Pantomim fərqli bir teatr sahəsidir, bu, mimika və jestlər üzərində qurulan bir teatrdır. Universitetin aktyor sənəti fakültəsində tələbələrə teatrın bütün sahələri öyrədilir. Onlar səssiz də, sözsüz də, him-cimlə də, səslə də oynamağı bacarmalıdırlar. O vaxt Bəxtiyar Xanızadə “Dəli yığıncağı”nı yaratdı, sonra o, Pantomim Teatrı kimi dövlət statusu aldı. Bəxtiyar müəllim Sankt-Peterburqda təhsil almışdı, aspirantura bitirmişdi və bu sahə üzrə kurs keçmişdi. O, oradan yararlanıb gəlib Azərbaycanda bu işləri görmüşdü. Hesab edirəm ki, ayrı-ayrı sahələr üzrə bu ali məktəbdə xüsusi kurslar təşkil edilməlidir” - deyə V.Qafarov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ