“Kurtlar Vadisi” "Kurtlar Vadisi Xaos" adı ilə ekranlara qayıdır - Polat Alemdar bəzi detalları açıqladı

img

Bir vaxtlar Türkiyənin ən çox izlənilən “Kurtlar Vadisi serialı "Kurtlar Vadisi Xaos" adı ilə ekranlara dönməyə hazırlaşır.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, ekranlarda ən çox izlənilən serialla bağlı yeni detallar ortaya çıxmağa başlayıb.

İzləyicilərinin maraqla gözlədiyi "Kurtlar Vadisi Xaos"un aktyor heyətinin yaxın aylarda tamamlanması gözlənilir. Serialın çəkilişlərinin isə iyul ayında başlayacağı bildirilir.

Hər şey planlaşdırıldığı kimi getsə, "Kurtlar Vadisi Xaos" serialı sentyabr-oktyabr aylarında ekranlara çıxacaq.

Serialın hansı kanalda yayımlanacağı dəqiqləşməyib. Prodüser şirkətin kanallarla danışıqlar apardığı, lakin hələlik rəsmi bir razılaşmanın əldə edilmədiyi bildirilir.

“Kurtlar Vadisi”ndə Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz, bu yaxınlarda serialla bağlı bəzi detalları açıqlayıb: "Xaos idarəçiliyi adlı bir ideologiya var. Bu ideologiyada dünyanı xaosa yönəldib, xaosla idarə etməkdir. Bu xaos idarəçiliyindən necə qurtulacağımızı, necə bir çıxış yolu tapacağımızı göstərməyə çalışacağıq. Xaos vəziyyətində əlimizdən nələr alınır, nələrə qarşı mübarizə aparmalıyıq, nələrdən əziyyət çəkə bilərik... Hekayəmizdə bunları anlatmağa çalışacağıq...

Yaxın coğrafiyamızda, Körfəz olsun, qonşu ölkələrdə, siyasi və coğrafi baxımdan bizlər harada olacağıq, necə dayanacağıq, nə edə bilərik... Bunları araşdıracaq hekayələrimiz olacaq. Qlobal anlamda da Myanmadan Əfqanıstandan Makedoniyaya və hətta Amerikaya qədər uzanan hekayələrin olacağının indidən müjdəsini verə bilərəm” – N.Şaşmaz bildirib.

Son xəbərlər