Bazar günü günü, 04 oktyabr 2026
     

Türk kinematoqrafiyası Qarabağ mövzusunu yaxşı ki, götürdü... Azərbaycan mədəniyyət nazirlərinin 30 ildəki yarıtmazlığı...

Image


Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın tapşırığı ilə Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı soyqırımı ilə bağlı birgə filmlər çəkiləcək. Əlbəttə, tariximizdə baş verən bu kimi hadisələr haqqında film və serailların çəkilişlərinin Türkiyə kinematoqrafına həvalə edilməsi olduqca əhəmiyyətli bir məsələdir.

Onu da yadınıza salaq ki, Qarabağ Zəfərindən sonra ilk dəfə “Bakı-Xəbər” qəzeti bu mövzuda çəkiləcək filmlərin istehsalının Türkiyə kinematoqraflarına etibar edilməsi ideyasını irəli sürüb. Bu ideyanı ona görə irəli sürmüşük ki, Azərbaycan kinematoqrafları bu mövzularda filmlər çəksələr, həmin filmləri şikəst edəcəklər. Nə yaxşı ki, artıq bu istiqamətdə iş getməyə başlayacaq və bu mövzular bədii-tarixi filmlərdə öz dəyərini alacaq.  

İndiyə qədər Xocalı mövzusunda normal bir filmin ortada olmaması da onu göstərir ki, bizim kinematoqraf bu mövzuları canlandırmaq əzmində deyil. Belə olmasaydı, bircə “Fəryad” filminin üzərində qalmazdılar. Bu günə qədər Xocalı soyqırımı, Qarabağ müharibəsinin tarixi səbəbləri, erməni təcavüzü və sairlə bağlı ortada normal bir iş görülməyib.

Nə üçün indiyə qədər Mədəniyyət Nazirliyi bu mövzuda hər hansı bir fundamental film çəkməyib?

Ekspertlər deyirlər ki, keçmişdə Mədəniyyət Nazirliyinə rəhbərlik edənlər, kino sahəsinə məsul olanlar başqa işlərlə məşğul olduqlarından, bu mövzu onları maraqlandırmayıb. Ekspertlərin sözlərinə görə, “Fəryad” filmi Xocalı faciəsindən bəhs etsə də, ona baxan tamaşaçı Qarabağ probleminin mahiyyəti haqqında heç bir məlumat əldə edə bilmir. Azərbaycanda hələ də Qarabağ probleminin mahiyyətini, onun detallarını özündə əks etdirən filmlərin çəkilməməsinə görə Mədəniyyət Nazirliyi başda olmaqla daha hansı qurumlar məsuliyyət daşıyırlar?

Uzun illər ölkəmizdə mədəniyyət naziri vəzifəsində çalışan Əbülfəs Qarayev nazir olaraq bu istiqamətdə hər hansı bir addımın atılmasında maraqlı olmayıb, o ölkədə, bu ölkədə tədbir keçirməklə işini bitmiş hesab edib. Halbuki, bu 29 il ərzində Azərbaycan kinematoqrafları bu mövzuda, ən azından, 5-6 sanballı film çəkməli idilər, amma buna görünür ki, şərait yaradan olmayıb. Yəni Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” Kinostudiyası bu istiqamətdə iş görmək istəməyib.

  • “Xocalı soyqırımı və Qarabağ Zəfəri mövzuları peşəkarlara həvalə ediləcək, ortaya çox yüksək səviyyəli filmlər, seriallar çıxacaq”

Azərbaycan Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü məsələni “Bakı-Xəbər”ə şərh edərkən bildirdi ki, indiyə qədər Azərbaycanda Xocalı soyqırımı ilə bağlı bədii filmin, serialın çəkilməməsi təəssüf doğurur. Türkiyə Prezidentinin tapşırığına əsasən, Qarabağ Zəfəri və Xocalı soyqırımı mövzusunda Türkiyə və Azərbaycanın birgə film çəkəcəyinin olduqca müsbət və mühüm bir məsələ olduğunu deyən M.Göyüşlü hesab edir ki, Türkiyə kinematoqraflarının iştirakı ilə çəkiləcək bu film və seraillar bizim üçün çox mühümdür. “Bu olduqca mühüm bir hadisədir. Amma təəssüflə qeyd edim ki, Azərbaycan Mədəniyyət Nazirliyinin sabiq rəhbərliyinin dövründə milli kino sənayemiz olduqca pis vəziyyətə salınıb. Kino sənayemiz o qədər bərbad vəziyyətə salınıb ki, sözün düzü, mən bizim kinematoqraflar tərəfindən Xocalı soyqırımı, eləcə də Qarabağ Zəfəri mövzusunda yüksək səviyyəli bir filmin ərsəyə gətirilə biləcəyinə inanmıram. Bu mənada, Türkiyə Prezidentinin belə bir tapşırıq verməsinə çox sevindim, nəhayət ki, Xocalı soyqırımı və Qarabağ Zəfəri mövzuları peşəkarlara həvalə ediləcək, ortaya çox yüksək səviyyəli filmlər, seriallar çıxacaq. Bilirsiniz ki, Türkiyədə film, xüsusən də serial industriyası çox yüksək səviyyədə inkişaf edib. Bu baxımdan, hesab edirəm ki, Türkiyənin iştirakı ilə bu mövzularda çəkiləcək film və seriallar nəinki Türkiyə, hətta dünya auditoriyasında çox yüksək səviyyədə qarşılanacaq və biz bununla çox yüksək səviyyəli təbliğat qura biləcəyik. Çox təəssüf edirəm ki, Xocalı soyqırımı mövzusuna Mədəniyyət Nazirliyi tərəfindən ötən illər ərzində çox laqeyd yanaşılıb. Həm Xocalı soyqırımı, həm Qarabağ müharibəsi ilə bağlı, ümumiyyətlə, Azərbaycanın milli, mədəni, tarixi məsələləri ilə bağlı, demək olar ki, filmlər yox dərəcəsindədir, barmaqla sayılacaq qədər bir neçə film var. Deyək ki, “Cavad xan”, “Cavid ömrü” və sair azsaylı kinoları çıxmaq şərtilə, xalqımızın tarixi ilə əlaqədar, soyqırımlarımızı əks etdirən, Qarabağ və sair mövzularda filmlər yox dərəcəsindədir. Belə filmlərin olmamasının nəticəsidir ki, bizim telekanallar Sovet dövründə çəkilmiş filmləri dönə-dönə nümayiş etdirirlər, hətta o filmlərin içində müstəqil dövlətçiliyimizə, milli ideologiyamıza zidd olan, bolşevizm ideologiyasını təbliğ edənlər də az deyil. Dediyim kimi, o filmlərin də bir çoxunda Azərbaycan dövlətçiliyinə, milli tariximizə, milli-mənəvi dəyərlərimizə, milli kimliyimizə, ideologiyamıza zidd olan məqamlar təbliğ olunur”.

M.Göyüşlü təəssüflə bildirdi ki, ötən illərdə əlaqədar qurumların biganəliyi, yarıtmazlığı sayəsində bu kimi hallara yol verilib, indən sonra isə biz bu səhvləri aradan qaldırmaq üçün addımlar atmalıyıq. M.Göyüşlünün sözlərinə görə, yeni mədəniyyət naziri özündən əvvəlki nazirlərdən “miras” qalan bu neqativliklərin aradan qaldırılması üçün ciddi addımlar atmalı, səylər göstərməlidir: “Mən yeni mədəniyyət nazirinin bu istiqamətdə məqsədyönlü addımlar atacağına inanıram və Anar Kərimovun mədəniyyət naziri kimi ilk səfərini Türkiyəyə etməsini də alqışlayıram. Ümid edirəm və gözləyirəm ki, həm Xocalı soyqırımı, həm də digər tarixi hadisələrlə, faciələrlə bağlı, eyni zamanda, Qarabağ Zəfəri, tariximizin bu kimi digər önəmli hadisələri barədə filmlər çəkiləcək. Ən əsası isə Vətən müharibəsi - İkinci Qarabağ savaşı ilə bağlı çox möhtəşəm bir filmin, serialın ərsəyə gələcəyinə inanıram, olmasını da istərdim. Bu mövzuda filmlərin, serialların çəkilişlərinə o qədər peşəkar səviyyədə yanaşılmalıdır ki, həmin filmlər bu möhtəşəm qəhrəmanlıq dastanını tam olaraq həm yerli, həm də beynəlxalq auditoriyaya çatdırmağı, bunu təbliğ etməyi bacarsın”.

M.Göyüşlünün sözlərinə görə, bu filmlər o səviyyədə çəkilməlidir ki, onlar gənc nəsli tam olaraq vətənpərvərlik ruhunda yetişdirmək, formalaşdırmaq gücündə olsun.

Müsahibimizin qeyd etdiyinə görə, təkcə Şuşa şəhərinin işğalçılardan azad olunması nəinki bir serialın, bir filmin təqdim edəcəyi bir hadisədir, bu, dünya hərb tarixinə yazılmış qəhrəmanlıq salnaməsidir. “Yəni bunu elə bir möhtəşəm şəkildə peşəkarlıqla hazırlayıb təqdim etmək lazımdır ki, orada bizim şəhidlərimizin, qazilərimizin göstərdiyi qəhrəmanlıqları tam olaraq çatdırmaq mümkün olsun. Hesab edirəm ki, bu mövzuları Türkiyənin kinematoqrafları, peşəkar kinorejissorları bizim kinematoqraflarla birgə yüksək səviyyədə ərsəyə gətirə bilərlər. Bu mənada mən “təşəkkürlər, Türkiyə, təşəkkürlər, cənab Ərdoğan” deyirəm. Ona görə təşəkkür edirəm ki, Türkiyə həm bu Zəfəri qazanmağımızda mənəvi cəhətdən bizə dayaq oldu, həm də bu möhtəşəm Zəfərimizi dünyaya kino dili ilə çatdırmaqda dəstək olur” - deyə M.Göyüşlü vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ