Cümə günü, 27 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan klassik musiqisi...
Tarix: 04.08.2015 / 02:14
Bölmə: Layihə
Musiqidən yazmaq, onu sözlə ifadə etmək, bu gözəlliyi, düşündürücü məfhumu, zəngin aləmi göz önündə canlandırmaq doğrudan da çətindir. Bu, çətin olduğu qədər də maraqlı və çəkicidir. Azərbaycan musiqi mədəniyyətinin tarixi neçə-neçə minillərdən boylanır. Tükənməz folklor musiqisi, xalq mahnı və rəqsləri, milli musiqi alətlərindən qopan nəğmələr Azərbaycan musiqisinin gerçək və dolğun tarixini əks etdirir.
Amma professional musiqi tarixinin isə əsası XX əsrdə qoyulub. Əlbəttə, Qərb, Avropa musiqisini öyrənən, bilən dahi Üzeyir Hacıbəyov milli kökə söykənərək professional musiqinin yaranmasına nail olub. Musiqişünaslar yazır ki, XX yüzillik Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Qeyd edilənə görə, məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranıb. Tədqiqatçıların fikrincə, Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşub, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxıb. Musiqi tariximizdə yaranan yeni təmayüllərlə, meyllərlə yanaşı, milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşən janr və formaları, eləcə də xalq çalğı alətlərimiz xüsusi qayğı ilə qorunub saxlanır.
Musiqişünaslar qeyd edir ki, bizə miras qalmış bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin bünövrəsi, onun müxtəlif sahələrini qidalandıran bir örnəkdir.
Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 8 (25)-də tamaşaya qoyulan "Leyli və Məcnun" muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olub. Musiqişünaslar yazır ki, Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı-bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.
Keçən əsrin 30-cu illərinin sonu, 40-cı illərinin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Üzeyir Hacıbəyovun yetirmələri olan bu bəstəkarların yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri-neoklassizm, dodekafoniya, seriya texnikasının milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Tədqiqatçıların qeyd etdiyinə görə, ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın-Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Musiqişünasların bildirdiyinə görə, onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilib, disklərə yazılıb və mükafatlara layiq görülüb. "Cəvahirlər Nehru", "Bela Bartok adına medal" və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi XX əsrin böyük dirijorları sırasına daxildir. O, müasir dövrümüz üçün də örnəkdir və gənc nəsil bu böyük musiqiçinin yaradıcılığından bəhrələnir.
Ötən yüzilliyin 30-40-cı illərində Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir mahnı ustaları meydana gəlir. S.Rüstəmov "Alagöz", "Qurban adına", "Gəlmədin", "Sürəyya", "Oxu tar" və s. gözəl mahnıları, "Beşmanatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyaları kimi əsərlər yaradır. T.Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanan-"Sənə də qalmaz", "Qızıl üzük", "Bəxtəvər oldum", "Bakı haqqında mahnı", "Zübeydə" və b. populyar mahnıları Azərbaycan musiqisinin mahnı yaradıcılığında gözəl nümunələrdir.
Azərbaycan xor musiqisinin inkişafı da XX əsrlə bağlıdır. Doğrudur, bu gün də Azərbaycanda professional musiqinin əsas qollarından sayılan xor musiqisi inkişaf edir, yeni səslər meydana çıxır. Onu da qeyd edək ki, Azərbaycan xalq musiqisində də xor mövcuddur və zamanında ifa edilib. Haxıştaları buna nümunə çəkə bilərik.
Musiqişünaslar yazır ki, Azərbaycan musiqisində xor musiqisinin də öz inkişaf mərhələsi və gözəl əsər nümunələri mövcuddur. Xor musiqisinin inkişafında əhəmiyyətli rol oynayan Cahangir Cahangirov (1921-1992) "Arazın o tayında" vokal-simfonik poemasının, "Füzuli" və "Nəsimi" kantatalarının, "Sabir" və "Hüseyn Cavid-59" oratoriyalarının müəllifidir. O, həmçinin "Azad" və "Xanəndənin taleyi" operaları, dram tamaşaları, kinofilmlərə musiqi, müxtəlif instrumental əsərlər bəstələyib.
Azərbaycan operettaları haqda da danışmaq istəyirik. Əsası Üzeyir bəyin "Ər və arvad" operettası ilə qoyulan bu janr sonradan bəstəkarlar tərəfindən inkişaf etdirilib. Tədqiqatçıların bildirdiyinə görə, Süleyman Ələsgərov (1924-2000) ilk növbədə "Ulduz", "Milyonçunun dilənçi oğlu" və digər operettaların müəllifi kimi tanınır. S.Ələsgərov "Sərvi-Xuramanım mənim", "Vətənimdir", "Neylərəm" kimi gözəl mahnı və romansların, "Bayatı-Şiraz" simfonik muğamının və b. əsərlərin müəllifidir.
Azərbaycan musiqisində ifaçılıq məktəbi haqda tədqiqatlar aparan musiqişünaslar yazır ki, Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləri Şövkət Məmmədova və Bülbüldür (Murtuza Məmmədov). Şövkət Məmmədova (1897-1981) Azərbaycanın milli opera səhnəsində çıxış edən ilk qadın müğənni olub. Bülbül (1897-1961) sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir. Azərbaycan vokal məktəbinin şanlı yetirmələri sırasında Firəngiz Əhmədova, Fatma Muxtarova, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Rəşid Behbudovun adları vokal sənəti tarixində, Həqiqət Rzayeva, Rübabə Muradova, Məmmədağa Muradov, Zeynəb Xanlarova muğam ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələri Fidan Qasımova və Xuraman Qasımova bacılarıdır. Bu sırada gənc ifaçıların da artıq öz izləri var.
Azərbaycan instrumental ifaçılıq sənəti barədə danışmaq da yerinə düşərdi. Tədqiqatçılar yazır ki, milli mədəniyyətimizdə instrumental ifaçılıq sahəsində də parlaq nümayəndələr yetişib. Azərbaycan fortepiano məktəbinin ən parlaq ulduzu bir neçə beynəlxalq müsabiqələrin laureatı Fərhad Bədəlbəylidir. Azərbaycan musiqisində görkəmli yer tutmuş pianoçu Kövkəb Səfərəliyevadan (1907-1976) gələn ənənəni davam etdirmiş milli fortepiano ifaçılığının digər nümayəndələri sırasında Rauf Atakişiyev, Elmira Nəzirova, Elmira Səfərova, Simuzər Quliyeva, Zöhrab Adıgözəlzadə, gənclərdən Murad Adıgözəlzadə və b. istedadlı musiqiçiləri göstərmək olar. Azərbaycanda skripka ifaçılığının mahir nümayəndələri sırasında isə Azad Əliyev, Sərvər Qəniyev kimi ifaçılar nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da fəxri yerlər tutub.
Bir qədər də Azərbaycan caz musiqisi haqqında. Caz musiqisinin əsas qollarından olan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı "Dövlət cazı" adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət idi. Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil idi. Böyük Vətən Müharibəsi qurtarandan sonra "Dövlət cazı"nın rəhbəri Rauf Hacıyev olub. Amma 1950-60-cı illərdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurdu. Ancaq bütün qadağalara baxmayaraq, bu musiqinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd edirdilər.
1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli simalarından biri saksafonçu, cazmen Pərviz Rüstəmbəyov olub. "Sovet Benni Qudmeni" adlandırılan P.Rüstəmbəyov əvvəlcə "Krasnıy Vostok" (indiki "Azərbaycan") kinoteatrında, sonralar isə "Nizami" kinoteatrında öz caz orkestrini yaradıb. Ötən əsrin 60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır. "Qaya", Rafiq Babayevin kvarteti yaranır və nəhayət, Vaqif Mustafazadə dövrü başlanır. Dünyada lirik cazın banisi sayılan Vaqif Mustafazadə ilk dəfə Gürcüstanda - Tbilisi Dövlət Filarmoniyasında (TDF) "Qafqaz" caz-triosunu təşkil edib. O, ilk "Leyli" qadın kvartetini təşkil edib, "Sevil" vokal-instrumental ansamblı və "Muğam" instrumental ansamblına rəhbərlik edib. Vaqif Mustafazadə Şərq muğamını Qərb dinləyicisi üçün anlaşılan dildə - yəni caz dilində təqdim edirdi. İmprovizasiyanın azad xüsusiyyəti muğamla caz əlaqələrinin əsas hissəsinə çevrilib. Vaqif Mustafazadə bunu çox gözəl dərk edirdi və 60-cı illərin əvvəllərində musiqidə yeni axın - caz-muğam axınını yaradıb.
Tədqiqiqatçılar yazır ki, Azərbaycan cazı unudulmayan əfsanədir. Milli cazın görkəmli nümayəndələrindən Salman Qəmbərov, Rain Sultanov, Əzizə Mustafazadə, Şahin Növrəsli və s.-nin adlarını çəkmək olar. Salman Qəmbərovun Bakıda yaratdığı "Bakustik caz" mərkəzi Gürcüstanda, Rusiyada, Almaniyada, İngiltərədə keçirilmiş festival və müsabiqələrdə həmişə rəğbətlə qarşılanıb. Rain Sultanovun 1996-cı ildə yaratdığı "Syundicate" qrupu dünyanın ən məşhur caz qruplarından biri olub. 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik alan Əzizə Mustafazadə ilk albomunu 1991-ci ildə "Aziza Mustafa Zadeh" adı ilə çıxarıb. İkinci albomu Always (Həmişə) ona yüksək alman musiqi mükafatı sayılan Səs-Akademiyası mükafatını və Soninin "Exo" mükafatını qazandırıb. Ə.Mustafazadə bir çox ölkələrdə caz və ənənəvi üslublarda gözəl ifası ilə Azərbaycan cazını layiqincə təmsil edir. Bu gün dünyada tanınan cazmenlər arasında ABŞ və Avropada beynəlxalq festivallarda çıxışları ilə ən mahir bilicilərini heyrətə salan Şahin Növrəslinin də adı var. Moskva cazmenləri onu "Dünya caz səhnəsinin yeni ulduzu" kimi qiymətləndirib. 2009-cu ildə Bakıda keçirilən birinci "Bakı Caz Festivalı" (BCF) ölkədə cazın inkişafında müsbət dönüş yaratdı. 2010-cu ildə keçirilən ikinci "Bakı Caz Festivalı" (BCF) dünyanın ən irimiqyaslı festivallarından biri kimi yadda qaldı. Festivalda Azərbaycanla yanaşı, əcnəbi caz ifaçıları da iştirak etdi. Hazırda Bakıda fəaliyyət göstərən "Baku Jazz Center" Azərbaycanda cazın inkişafına öz töhfəsini verir.
Azərbaycan rok musiqisinin əsası keçən əsrin 60-cı illərində qoyulub. Məlumatlara görə, rok janrı 1966-75-ci illərdə geniş yayılıb. O zamanlar gənclər Qərb rok musiqisini radio dalğalardan dinləyirdilər. Daha çox keyfiyyətli musiqi dinləmək istəyən gənclər "Led Zeppelin", "Beatles", "Animals" kimi qruplara qulaq asırdılar. Universitetlərdə, mədəniyyət evlərində, məktəblərdə rok qrupları yaradılırdı. Bir çoxları da xarici dillərdə ifa olunmuş musiqilərin sözlərini anlamaqda çətinlik çəkirdilər, buna görə də ifa edərkən bəzən original sözlərdən istifadə etmirdilər. Azərbaycan musiqi mədəniyyəti böyük olan bir ölkə olduğundan, Qərbdən gələn bu musiqi növünü heç bir xüsusi nəzarətdə saxlamırdılar. Komsomol Komitəsi (KK) rok festivallarının əsas təşkilatçısı idi. Bununla belə, hər konsert üçün kommunist şüarı uydurmaq lazım gəlirdi. 1960-70-ci illərdə "Eskulap" (Tibb Universiteti), "Xürrəmilər" (İqtisad Universiteti), "Rəng" kimi rok qruplar yarandı və gənclər tərəfindən sevildi. 70-ci illərdə nisbətən Qərb musiqisinin təsirindən çıxıb və öz musiqi stilini yaradan qruplar daha çox idi. Bunlara "Cür-bə-cür" (Cahangir Qarayevin rəhbərliyi ilə), "Brevis", "Üç od" aid edilə bilər. Azərbaycan rok musiqi stilinin yaranmasında 2 qrup başlıca rol oynayıb. Bunlar "Eksperiment Ok" və "Aşıqlar" (Elxan Şıxəliyevin rəhbərliyi ilə) qrupudur. "Aşıqlar" öz musiqisində ud, tar və kamançadan istifadə edirdi. Elxan Şıxəliyev həm də "Eksperiment OK" qrupunda saksafonda ifa edirdi. "Unformal" qrupu isə 2001-ci ildə "BIC Fest 01" festivalında ən yaxşı rok qrup kimi Qızıl Aypara mükafatına layiq görülüb. Hətta orada ifa etdikləri "I hope youTll be there" kompozisiyasını Amerikanın radiostansiyaları səsləndirmək istəsələr də, musiqinin səs keyfiyyəti aşağı olduğu üçün baş tutmayıb. Hazırda Azərbaycan rok musiqisinin auditoriyası zəifdir. Ancaq bununla belə, qruplar fəaliyyətini davam etdirir, tez-tez xarici ölkələrdə konsert proqramları ilə çıxış edirlər.
Azərbaycan estrada musiqisi barədə də danışmaq istəyirik. Tədqiqatçılar yazır ki, estrada incəsənətin müxtəlif istiqamətlərini özündə birləşdirən musiqi növüdür. Estrada musiqi, illüziya, rəqs, danışıq tərzi və sirk hərəkətlərini özündə birləşdirə bilir. Azərbaycanda estrada musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (ADEO), 1957-ci ildə "Biz Bakıdanıq" estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri, 60-cı illərdə "Qaya" kvarteti (sonralar vokal-instrumental ansamblı oldu), 1968-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (ADMT), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (ADESO) yaranıb və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynayıblar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (Rauf Atakişiyev, Lütfiyar İmanov) təsiri olub. Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu yaradıcılığı estrada sənətini zənginləşdirib. Şövkət Ələkbərova, Gülağa Məmmədov, Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova, Elmira Rəhimova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Hadı Hadıyev, Akif İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstəriblər. Bu gün estrada janrında ifa edən tanınmış sənətçilər çoxdur.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı”
- Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?
26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır
- Əliyevin Konqresə müraciəti...
26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab
- Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...
26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir
26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb
26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb
26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı
26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...
26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir
- 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...
26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə
– İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...
26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir
–Aerokosmik Qüvvələrin generalı da saxlanıldı
26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır
– Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...
26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi
– sanksiyalardan yayınma halları artır...
26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi
- vəziyyət ürəkaçan deyil...
26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi
– pulu dörd Avropa ölkəsi ödəyəcək...
26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb
26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır
– Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...
26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir
26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi
– qırıcılar anqarlarda gizlədilir...
26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır
– 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...
26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi
26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı
26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır
- 2 günlük...
26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...
26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi
– 30 nəfər öldü, 15 yaralı var...
26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı
– nöqsanlar aşkarlandı...
26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI
– iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...
26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı
- Azərbaycan neftinin bir barreli 100 dolları keçdi
26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə
– Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...
26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir
26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab -
“Mən çemodan deyiləm” -
25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
XƏBƏR ARXİVİ