Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş İqbal Ağayev saxlanıb. Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqram 258 qram narkotik vasitə tiryək, 11 qram psixotrop maddə olan metamfetamin və 0,7 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.