07/04/2020 15:04
728 x 90

Rəhim Qazıyevi döyən keçmiş kürəkəni saxlandı

img

Azərbaycanın sabiq Müdafiə naziri Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Trend”ə bildirib ki, fevralın 19-da Rəhim Qazıyev keçmiş kürəkəni Əzizov Ramil Rafiq oğlu tərəfindən Yasamal rayonu ərazisində döyülüb.

E. Zahidov qeyd edib ki, hadisə yerinə yollanan polis əməkdaşları Ramil Əzizov saxlayıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər