07/04/2020 14:09
728 x 90

DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir - YENİLƏNDİ

img

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirir.

Baki-xeber.com xəbər verir ki, bu barədə DTX İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Son xəbərlər