DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, rayon sakini İlqar Səttarov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanıb. Ona məxsus fermadan 1ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis baş leytenantı