Göyçay Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə məxsus, ümumi dəyəri 560 manat olan 2 ədəd akkulmulyatorun oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbov saxlanıb.
Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır, oğurluq əməlində digər şəxslərin iştirakının olub-olmamasını müəyyənləşdirmək məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.