Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları Qobustan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan daha bir şəxsi saxlayıb.
Belə ki, Qaradağ RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan paytaxt sakini Mahir Yüzbəyov saxlanıb. Onun mənzilinə baxış keçirilən zamanı ev sahibinə məxsus, ümumi çəkisi 540 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı M.Yüzbəyovun bir neçə gün əvvəl Qobustan rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanan Elman Nərimanova da narkotik vasitələr satdığı məlum olub.
Qeyd edək ki, Mahir Yüzbəyov yaşadığı Qobustan qəsəbəsində “Vor Mahir” ləqəbilə tanınır. Saxlanan şəxs ifadəsində yaşadığı qəsəbədə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.