Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, Dubay-Bakı aviareysi ilə gələn Koreya Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanıb və “Qırmızı kanal”a yönləndirilib.
Baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Bu zaman ona məxsus çemodanda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 15 ədəd “İphone”, 1 ədəd “Huawei”, 49 ədəd “Samsung” markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.