DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, İmişli rayon sakini Röyal Qasımov yanvarın 3-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.
İmişli RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş İlkin Hüseynov, Fəxri Gözəlov və Zaur Yadigarov saxlanıb.
Dindirilmə zamanı saxlanan şəxslər törətdikləri cinayət əməlini etiraf edib. Oğurlanan xırdabuynuzlu heyvanların müəyyən bir qismi maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.
Ətraflarında aparılan araşdırmalar nəticəsində həmin şəxslərin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Belə ki, saxlanan şəxslərin ötən il noyabr ayının 21-də vətəndaşa məxsus 2 baş iribuynuzlu heyvanı oğurladığı da məlum olub.
Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis baş leytenantı