Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Topalhəsənli kənd sakini Mərdan Həsənovun yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd “Karabin” markalı yivli odlu silah və həmin silaha aid 29 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.