23/09/2020 19:03
728 x 90

Quba polisinin əməliyyatı dələduzun ifşası ilə nəticələndi - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən rayonun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev saxlanıb.

İlkin dindirmə zamanı saxlanan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30.000 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların ümumilikdə 33.000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakı da istisna deyil.

Bu şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-yə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Son xəbərlər