19/02/2020 14:57
728 x 90

43 cinayətin üstünü polislər bir gündə açdı

img

Yanvarın 27-dən 28-dək Respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanıb.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər