19/02/2020 16:33
728 x 90

21-ci Polis Bölməsi Nəsimidə ev oğrularını ifşa etdi... - FOTO

img

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları paytaxt ərazisində mənzil oğurluğu ilə məşğul olan iki nəfəri saxlayıb. Keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Tofiq Cəfərov və Sabirabad rayon sakini Peyman Quliyev tutulub.

Araşdırma zamanı hər iki şəxsin paytaxt ərazisində bir neçə mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı məlum olub. Onların paytaxt ərazisində kirayə yaşadıqları mənzillərə baxış zamanı evlərdən oğurladıqları əşyaların bir qismi aşkar olunaraq maddi sübüt kimi götürülüb.

Faktla bağlı saxlanan şəxs barəsində 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. T.Cəfərov və P.Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Son xəbərlər