23/09/2020 18:48
728 x 90

Ağdaşda oğru qardaşlar ifşa edildi - FOTO

img

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Şıxlı kəndinin ərazisində yerləşən ona məxsus mağazadan 1200 manat dəyərində danışıq kartları və ərzaq məhsullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri, iki qardaş - Coşqun və Seymur Məmmədovlar saxlanıb. Davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə saxlanan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb.

Belə ki, S.Məmmədovun rayon ərazisində yerləşən mağazaların birindən 150 manat pulu, C.Məmmədovun isə başqa bir şəxslə əlbir olub 2 avtomobildən maqnitofonlar oğurladığı məlum olub.

Faktla bağlı Ağdaş RPŞ-nin İstintaq qrupunda saxlanan şəxslər barəsində cinayət işi başlanıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Son xəbərlər