10/04/2020 07:41
728 x 90

Giləzi qəsəbə sakininin evində döyüş sursatları aşkarlandı - FOTO

img

Xızı Rayon Polis Şöbəsi qanunsuz saxlanan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlərilə rayonun Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Kamal Əhədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən bir ədəd F1 və iki ədəd RQD5 əl qumbarası, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patronu, eləcə də müxtəlif avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər