21/09/2020 22:00
728 x 90

DİN Sabirabadda dələduzluq edən Mirbaba Qədirov barədə xəbərə aydınlıq gətirdi

img

“Kanal13”ün “Yutub” sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb ki, Qədirov Mirbaba adlı şəxs bir qrup Sabirabad sakinindən işə düzəltmə adı ilə pul alıb. Sakinlər iddia edir ki, Qədirov Mirbaba Daxili işlər nazirinin adından istifadə edərək bu pulları onlardan alıb.

Məsələyə DİN-in Mətbuat Xidmətindən operativ reaksiya verilib. Məsələ ilə bağlı Nazirliyin facebook səhifəsində də yerləşdirilən açıqlamasında deyilir:

“DİN-in Mətbuat Xidməti olaraq bildiririk ki, hələ keçən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət etmişdi. Dərhal məsələ araşdırılmış və təsdiqini tapmışdı. Odur ki, 25.11.2019-cu il tarixdə DİN BMCMİ-də Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanmışdı. Bundan 2 gün sonra B.Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 

Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərər çəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad RPŞ-yə müraciət edə bilərlər.

Son xəbərlər