21/09/2020 23:09
728 x 90

Xızı polisi narkotik maddələrin dövriyyəsi ilə məşğul olan şəxsi ifşa etdi - FOTO

img

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.

Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır. 

Son xəbərlər