21/09/2020 22:07
728 x 90

Biləsuvarda polislər 16 kiloqramdan artıq narkotik vasitə və silah-sursat aşkarladı - FOTO

img

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı - Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb. Həmin şəxslərin bildirdiyinə görə, narkotik vasitələri İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə gətiriblər və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədərək geri qayıtmalı idilər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər