20/02/2020 22:47
728 x 90

Mingəçevirdə adam güllələyən şəxs tutuldu

img

Mingəçevir Şəhər Polis Şöbəsinə  şəhər sakini Ziyad Mirzəyevin güllə yarası alması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəhər Polis Şöbəsi və Prokurorluğunun birgə keçirdiyi istintaq, əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Mirzəyevə atəş açan şəxsin tanışı, Ağdam rayon sakini Elsevər Quliyev olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanıb. E.Quliyevin Z.Mirzəyevə aralarında yaranmış şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açdığı müəyyən olunub.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər