21/09/2020 17:07
728 x 90

Sumqayıtda 7 saylı marşrut avtobuslarında iki cibgir tutuldu - FOTO

img

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları sərnişin avtobuslarında cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Tədbir zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 7 saylı avtobuslarda  cibgirlik edən iki nəfər şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov və Elnur Abbasov saxlanıb. Araşdırma zamanı hər iki şəxsin avtobuslarda ümumilikdə 4 vətəndaşın cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib. Qeyd edək ki, bu şəxslərin avtobuslarda cibgirlik etmələri nəqliyyat vasitələrində quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. E.Abbasov və M.Məmmədovun Sumqayıt, eləcə də paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Son xəbərlər