23/09/2020 16:51
728 x 90

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən Zaqatala sakini saxlandı - FOTO

img

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb.

Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan canlı formada adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O,ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.

Son xəbərlər