24/02/2020 12:08
728 x 90

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirilib – Cəlilabadda... - FOTO

img

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanuncuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Cəlilabad RPŞ-yə Mahizər adlı qadının paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin qadın, Bakı şəhər sakini Mahizər Məmmədova Nərimanov rayonunda saxlanıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 kiloqram 50 qram narkotik vasitə heroin və 321,964 qram psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb. Polis əməkdaşları saxlanılan şəxsin ətrafında əməliyyat tədbiri həyata keçirən zaman müəyyən edilib ki, M.Məmmədova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Maqsud” adlı İran vətəndaşından satmaq məqsədilə əldə edib.

Qeyd edək ki, M.Məmmədova  bir neçə dəfə həmin şəxsin ona göndərdiyi heroinin və metamfetaminin satışını həyata keçirib. O, narkotik vasitələrin pulunu “Maqsud”a Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin birinin tələbəsi olan İran vətəndaşı Afşin Naderinin vasitəsilə göndərib. Polis əməkdaşları tərəfindən A.Naderi də saxlanaraq istintaqa təqdim edilib və ifadəsində etdiyi cinayəti etirf edib.Saxlanılan şəxslərin cinayət əlaqələrinin və narkoşəbəkənin digər üzvlərininmüəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində Cəlilabad RPŞ əməkdaşlarını tərəfindən tədbirlər davam etdirilən zaman “Maqsud” adlı şəxsin M.Məmmədovaya yenidən külli miqdarda narkotik vasitə göndərəcəyi məlum olub. Görülmüş tədbirlərlə Cəlilabad RPŞ əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində M.Məmmədovaya 3 kiloqram 500 qram heroin vermək istəyən Mingəçevir şəhər sakinləri, əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayevi də tutularaq istintaqa təqdim edilib.

Qeyd edək ki, H.Məmmədov və A.Ağayev saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər. H.Məmmədov idarə etdiyi “Lada Priora” markalı avtomobillə qaçmaq istəyən zaman maşını əvvəlcə polislərin avtomobilinə, daha sonra maneəyə vuraraq qəza törədib. Polislərin gördükləri tədbir nəticəsində onların qaçmasına imkan verilməyib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər