24/02/2020 13:17
728 x 90

Gömrükçülər Biləsuvarda xama və pendir qutularının içərisində narkotik vasitələr və psixotrop maddələr aşkarladılar…

img

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının iki vətəndaşı saxlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, hər iki vətəndaşın əl yükləri rentgen yük yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.

Şifahi sorğu sual zamanı vətəndaşlar üzərlərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.

Yüklərin yoxlanması zamanı isə 14 ədəd üzərində “Pegah Cream dairy” yazısı olan xama qutusunun içərisində olan rezin şarlarda çəkisi 1619 qram təşkil edən narkotik vasitə-heroin, üzərində “Mihan white cheese” yazılan pendir qutularının içərisində 117 qram psixotrop maddə - “Metamfetamin” və 21 qram narkotik vasitə-tiryək aşkarlanıb.

Xatırladaq ki, “Metamfetamin” “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər