24/02/2020 11:20
728 x 90

Şəkidə cinayət aləminə bağlı şəxslər narkotiklə tutuldu

img

Şəki Şəhər/Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Şəki  regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, 31 yaşlı Rafiq Əhmədov saxlanıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalarla ona həmin narkotik vasitəni satan şəxsin 37 yaşlı şəhər sakini Polad Əfəndiyev olduğu müəyyən olunub. P.Əfəndiyev də şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilb. Şəxsi axtarış zamanı ondan da heroin aşkarlanıb.

Faktla bağlı ŞRPŞ-nin İstintaq Bölməsində saxlanan şəxslər barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, həmin şəxslər cinayətkar aləmə meylliliyi ilə diqqət çəkir. Belə ki, Polad Əfəndiyev əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər