27/01/2020 07:20
728 x 90

Hacıqabulda narkotik saxlayanlar polisdən qaça bilmədi

img

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib. 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 51 yaşlı Azad Yusifli  polis əməkdaşları tərəfindən saxlanaraq şöbəyə gətirilib. Şöbədə onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi yarım kiloqrama yaxın  narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul  RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Toğrul NƏSİRLİ
polis baş leytenantı

Son xəbərlər