07/07/2020 15:25
728 x 90

Maştağada narkotik vasitələrin satışı ilə məşğul olan Dadaşov Faiqi tutdular - FOTO

img

Bakı şəhər BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçridiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanıb.

Belə ki, Sabunçu Rayonu Maştağa qəsəbəsində bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə idarəyə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Faiq Dadaşov 0,7 qram narkotik vasitə olan heroini şərti alıcıya 50 manata satmaq istəyən zaman saxlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Dadaşovun yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi müəyyən olunub. Onun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 115 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə alıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər