07/07/2020 16:25
728 x 90

Mərdəkanda zoomarketə basqın edərək 14 min manatı apardılar, Biləsuvarda polis tərəfindən yaxalandılar - FOTO

img

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub. Naməlum şəxslər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər.

Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini - Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulub. Qeyd edək ki, E.Əliyev əvvəllər həmin zoomarketdə işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da polislər onların izinə düşə bilib.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər