06/08/2020 20:58
728 x 90

Qubanın Digah sakinini bıçaqlayan Rəşad Aydəmirov tutuldu... - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  Quba rayonu Digah kənd sakini Coşqun Həsənbəyovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla ona xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər