08/07/2020 11:45
728 x 90

Yevlaxın Tanrıqulular kənd sakini Cəfərov Rasimin oğurluğu ifşa edildi...

img

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax rayon Tanrıqulular kənd sakini H. Bağırova Yevlax RPŞ-yə ərizə ilə müraciət edərək, 2019-cu ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov saxlanıb. Araşdırmalarla R.Cəfərovun 2 ədəd videokamera, 5 ədəd yaddaş kartı, 2 ədəd səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı CM-in müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər