Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Çingiz Məmmədov saxlanaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana aşkar olunub.
Dindirilmə zamanı Ç.Məmmədov rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.