DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd zakini Elzamin Feyruzzadə 1 bükümdə çəkisi 0,2 qram psixatrop maddə olan metamfetamini satarkən cinayət başında saxlanıb. Onun üzərinə keçirilən baxış zamanı əlavə olaraq satış məqsədi ilə saxladığı 11 büküm metamfetamin aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, E.Feyruzzadə həmin psixatrop maddəni həmkəndlisi, əvvəllər məhkum olunmuş Həbib Muxtarovdan əldə edib. H. Muxtarov polis əməkdaşları tərəfindən Şahağacı kəndi ərazisində saxlanıb və üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 13 bükümdə psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.