DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat keçirib.
Belə ki, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin saxlanması və onun satışı ilə məşğul olan Zaqatala şəhər sakini, əvvəllər də məhkum olunmuş 42 yaşlı Rəşad Hünərbəri saxlanıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan ümumi təmiz çəkisi 62,27 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.