Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan baki-xeber.com-a verilən məlumata görə, hadisə dünən axşam saatlarında Zaqatala şəhərinin Nizami küçəsində olub.
Belə ki, rayonun Yuxarı Tala kənd sakini Sulxayev Murad idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş vermiş hadisə ilə bağlı RPŞ-də araşdırma aparılır.