Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan Lənkəran rayon sakini Elman Sadıxzadədən çəkisi 6 kiloqram 320 qram tiryək aşkar edilib.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Nizami Baxışovun yaşadığı evdən əlavə olaraq çəkisi 380 qram marixuana aşkar edilərək götürülüb.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Qəhrəman Hüseynovun həyətyanı sahəsindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı