Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsindəki qəbiristanlıqdan 1 ədəd nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd patron darağı (AK-74 silahına aid), 1 ədəd “F-1” markalı qumbara, 4 ədəd bıçaq və 312 ədəd patron tapılıb.
Aparılmış profilaktik tədbirlər nəticəsində Şirvan şəhər sakini Taleh Məmmədov “İJ” markalı pnevmatik tüfəngi könüllü olaraq Şəhər Polis Şöbəsinə təhvil verib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı