Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən oğurluq etdiklərinə görə tutulmuş Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Əli Zeynalovun və Nizami Mahmudovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprel ayının 13-də Boradigah qəsəbəsi ərazisindəki məsciddəki seyfdən qapının qıfılını sındırmaq yolu ilə 127 manat pul oğurladıqları da müəyyən edilib.
Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı